Bernaut

in Steemit Azerbaijan☪✔2 years ago

Salam dəyərli dostlar.
Bu dəfə avtomobil idmanının ayrılmaz elementlərindən olan bernautdan (ingiliscə burnaut) danışaq.
Bizdə,el arasında bu elementə "yerində eşdirmək" deyirlər.

IMG_20220306_121007.jpg

Bernaut avtomobilin, hərəkət etməmək şərtilə,təkərlərin fırladılması praktikasıdır.Bunun nəticəsində təkərlər sürtünmə nəticəsində qızır və tüstülənməyə başlayır (yanır).Əslində sözün əsil mənasında yanmır.Buxarlanır.Cünki rezin yandıqda qara tüstü çıxır.Burda çıxan tüstü isə ağ rəngdə olur.Bu elementi yerinə yetirmək üçün avtomobilin əyləc sistemində dəyişiklər olunur - arxa əyləclər qabaq əyləclərdən ayrılır ki,bir cüt təkər firlandıqda,o biri təkərlər avtomobili saxlaya bilsin.
Dəyərli dostlar,siz bu hərəkəti adı yollarda etsəniz,sizi avtoxuliqanliğa görə saxlaya bilərlər.Ona görə bu elementləri xüsusi hazırlanmış poliqonlarda etmək məsləhətdir.

İmage

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.029
BTC 65070.55
ETH 3147.10
USDT 1.00
SBD 2.55