Aqorafobiya

in Steemit Azerbaijan☪✔3 years ago

Salam dəyərli dostlar.
Çoxlarınız,yəqin ki, KLAUSTROFOBİYA adlı xəstəlik barəsində eşitmisiniz.Bağlı, darısqal, qaranlıq məkanlardan qorxu hissi.(Claustrum- bağlı məkan, fobia-qorxu). Dünyada ən geniş yayılmış psixopatoloji sindromlardan biridir.
Bəs bunun tam əksi olan AQORAFOBİYA barəsində nətər?
Yunan dilindən tərcümədə (Aqora- bazar, fobia-qorxu).

IMG_20220214_021754.jpg

Geniş, açıq məkan qorxusu.Bu psixoloji pozuntu nəticəsində insan tək çölə çıxmağa qorxur; açıq, geniş sahələrdə, insanların çox olduğu yerdə tək qalanda panikaya düşür.
İlkin olaraq aqorafobiya hərfi tərcümədə bazar qorxusu mənasını daşıyırdı,sonralar isə daha geniş,yəni məkan mənasından əlavə,insan kütləsi anlayışı da əlavə olundu.

IMG_20220214_022042.jpg

Tək geniş sahə qorxusu yox,ümumiyyətlə evdən kənar olan istənilən məkan: küçə,bazar, dükan,avtobus.
Aqorafobiyalı insanlar ətrafdakı insanlarla təmasda olmaqdan, ətraflarında baş verən hadisələrə nəzarət edə bilməməkdən qorxurlar.
Pristupun ictimai yerdə yarana biləcək qorxusu, fobiyanı daha da gücləndirir.Buna görə də insanlar evi tərk etməyi qorxurlar,illərlə evə qapanıb qalırlar.Çölə, yalnız yaxın adamın müşahidəsi ilə çıxırlar.
Dəyərli dostlar, çalışın sağlam olun.

İmage

İmage

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 61938.24
ETH 2404.86
USDT 1.00
SBD 2.53