Yeni il və yaxınımızın ad günündən
Deməli, son günləri şəhərdə keçirdim. Şəhərdə bayram havası əvvəlki qədər güclü hiss olunmasa da, çox yer bəzədilmişdi. Bayram havasının əvvəlki kimi olmamasında camaatın kasıblamasının da rolu var təbii ki. Hər şeyə baxmayaraq şəhərdəki əhvali-ruhiyyə rayon yerindən çox yaxşıdır.
Yaxınım olan otaq yoldaşımızın da ad günü yeni ilin həmən ardıncadır. Deməli, adamın ad günü geridə qaldı, sabahısı dünüşdük ki, ad günü edək. Hərə dağılışdı bir şey almağa, kimisi də mətbəxi təmizlədi, süfrəni hazırlamağa başladı. Mən isə həmin sırada saçlarımı kəsdirmək üçün bərbərə düşdüm, ardınca isə mağazaya gedib bir şeylər aldım, aşağıda qeyd edəcəm nə aldığımı. ;)
Otaq yoldaşlarımızdan ikisini qril almaq üçün göndərsək də, onlar sürpriz edib kabab çəkdirmişdilər. Hansı ki həqiqətən, əla hazırlanmışdı və afiyətlə yedik. Açığı, mən tam doymadım, olsun, bir şəkildə idarə etdim. :) Əsas odur, yaxşı günlərdə tez-tez olaq da, gerisinə göz yummaq olar.
Masanın boş görünməsinə baxmayın. Birazdan qırğın düşəcəkdi masada. Əksəriyyət işdən gəlib və ac idi. :D Turşunu çox sevirəm, hansı ki öz əllərimlə doğramışdım. Ardınca isə aşağıdakı gözəlliyə gəldi sıra. :)
Sizi bilmirəm, mən şərabı çox, həm də lap çox sevirəm. Ümumiyyətlə, spirtli içkilərdən şərab və pivə ən sevdiyimdir, araq isə heç içməmişəm. Masada iki şərab vardı: favoritim olan qırmızı şərab və qırmızı qədər olmasa da, yaxşı gedən ağ şərab.
Həmin günü yaxşıca yeyib-içdim. Xüsusilə, içkini içəndən sonra ki yatağa uzanırsan ha, bir rahatlıq gəlir ki insana, ancaq bu hissi yaşayanlar başa düşər. :)
Nuş olsun qardaşım!
Heç şüphəsiz bilirsən ki, Şərab elit içkidi. Araq yox ee, arağı rədd elə. Araq "ağzı qara gədələr" kimi bir şeydi. Ama Şərab yox, şərab İnsan kimidi. Yaşlandıqca olğunlaşır. O başqa aləmdi. Şərabdan söz düşəndə Ömər Xəyyam yada düşür;
Mey içsən ağıllı bir insanla iç,
Ya incə gülüşlü bir cananla iç.
Çox içmə, gizlin iç, meyə alışma,
İçsən xumar gözlü bir ceyranla iç...
Sənin sağlığıva əxi😉😊