Əlimə bir piano keçdi... :)

Deməli, bu yaxınlarda əlimə bir piano keçib. Keçib dediyim alıb eləməmişəm ha. Sadəcə iş yerində bir piano var, universal pianodur, kim gəldi cəhd edə bilər. Əla da ortam var öyrənməyə. Bircə oğul lazımdır ki, başlaya öyrənə.

Ta uşaqlıqdan başda gitara olmaqla, pianoya da böyük marağım olub və hazırda da var. Musiqini bu qədər sevən biri olaraq bu instrumentlərə olan marağımın artacağı da istisna deyil.

Adamı yandıran bilirsiniz nədir? Uşaqlıqda elə ortamda böyüyürsən ki, səndən aslı olmadan çox şeydən məhrum olursan, nə yol göstərənin, nə də baxıb örnək ala biləcəyin bir kimsən olmur.

pexels-pixabay-210764.jpg
Link To Photos

Sizə bir qrup yoldaşım haqqında danışım da. Bu adama Talant deyirəm. Adamın qarşısında otur, sənin portretini çəksin. İndi ayır görüm bu telefonla çəkilib, ya fotoaparatla.

Sonra adam tar üzrə prezident təqaüdçüsüdür. Tarı bildiyin yeyir. Tara bağlı olaraq gitaranı da bacarır. Oxşaq olduqları üçün başa düşürsən ki, o qədər çətinlik çəkməz. Bəs yaxşı pianoda da əla ifa edir desəm?

Adama talant demə səbəbim məhz budur.

İnsanın böyüdüyü ortamdan çox şey aslıdır. Hər nə qədər "Coğrafiya Kaderdir" desələr də, məncə, əsas olan ailədir. Ailə kaderdir. Ailən kimdirsə, sən də osan. Qəbul etdin, etmədin. Böyüdükcə ortaya çıxan bütün problemlərin var ha, misal, psixoloji problemlərin, insanlarla münasibətdə yaşadığın problemlər və.s hamısının kökündə uşaqlığın və uşaqlığına bağlı olaraq ailən dayanır.

pexels-pixabay-534283.jpg
Link To Photos

İndi 22 yaşım var. Bundan sonra oturub piano da öyrənəcəm, gitara da öyrənəcəm, amma heç vaxt itən bu illəri, fürsətləri geri qaytara bilməyəcəm. İnsan bəzən kimi günahlandırsın, özü də bilmir. Zaman isə ötür keçir.

Yenə də gec olmadığına özümü inandırıb bir şeylər edəcəyimə inanıram.

Bundan sonra musiqi təhsili almayacağam, amma çox istərdim ki, əvvəldən alım. Notaları bilməyib sadəcə vərdişlə, əzbərlə bir mahnı ifadə etməyin o dərəcə zövqü, beyin inkişafına təsiri olmayacaq.

pexels-wendy-wei-3733338.jpg
Link To Photos

Bayaq gitaradan da danışdım axı. Babam çox yaxşı tar ifaçısı olub. Saz da bir tarı vardı, əmimə qalmışdı. Əmim də o tarı nəvəsinə vermişdi və onu tar kurslarına göndərmişdi. Sonra o tarı oğurladılar, axtarış prosesi bir neçə ay çəkdi və o dövrdə əmim rəhmətə getdi.

Bilmirəm, bəlkə də, babamdan keçib bu gitaraya olan maraq. Babam həm də dini çox gözəl bilirmiş, hansı ki uşaqlığımdan mənim də dinə böyük marağım var və araşdırıram.

Nə bilim. Bu iş yerindəki pianoya başlamağı düşünürəm. Mən əsəbi, fikirli olanda mahnı ilə sakitləşən insanam. İndi gör özüm piano, və ya hansısa alətdə ifa etməyi bacarsam, necə olar da...

Oxuduğunuz üçün təşəkkürlər! :)

Sort:  

Nice post. if you haven't Get the recent prize from bittorent for steem community don't get behind Sign in Now CLICK HERE and claim your BTT now

Mənim qızım 20 günə iki mahnı öyrəndi pianoda. Yəni əvvəllər pianinonu heç yaxından görməmişdi. Notları ilə. Şəkil də çəkir. Ona da talant demək olarmı:)

Olar. Üzərində işləyən hər kəs bir talantdır. :)

 3 years ago 

Çox içdən yazmısan. Oxuyanda heç sıxılmadığım postlardan oldu

Təşəkkürlər. :)

Coin Marketplace

STEEM 0.19
TRX 0.12
JST 0.028
BTC 63605.39
ETH 3470.79
USDT 1.00
SBD 2.52