İngilis dili dostlarım || Köhnə kitablara qayıdış :)

Son zamanlar ingilis dilimin zəiflədiyini hiss edirəm. Heç elə bil keçən il ingilis dilini çırtdayan insan deyiləm. :) Yox. O qədər də deyildi, amma həqqi yaxşı danışırdım. Həm də keçən il IELTS imtahanını verəcəkdim axı. O imtahanı vermək, işlədiyim mühit və.s bütün günü ingiliscə danışmağa məcbur idim.

Hə. Onu da deyim ki, problem oxumaqda və yazmaqda deyil. Rahat oxuyuram, başa düşürəm və yazılar yazıram. Burası superdir. Əslində olmalıdır da, öyrəndiyim bütün kurslar, izlədiyim əksər səhifələr, oxuduğum əksər məqalələr, baxdığım əksər videolar ingiliscədir.

Problem danışıqdadır. Son bir il yarımda, demək olar ki, ingilis dilində danışmıram. Ehtiyac olmur axı. Bu aralar isə ingilis dilinə ehtiyacım artmağa başlayacaq, özü də danışığa ehtiyacım artacaq. Ona görə hafif-hafif yox, vəhşi kimi ingiliscəyə girişmək lazımdır.

IMG_20210925_192324.jpg

Hara fırlandım, yenə yuxarıdakı kitablara qayıtdım. :) Oxumaq bitmir, a kişi. Təki dərd oxumaq olsun, gerisi həll olacaq. Yuxarıdakı kitablardan ikisini oxumuşam və demək olar, bitirmişəm də. Digər bir kitabın isə heç 15 səhifəsini bitirməmişəm. Elə ən vacibi də həmin o bir kitabdır. İndi bir-bir kitablar haqqında məlumat verəndə nəyi nəzərdə tutduğumu başa düşəcəksiniz.

IMG_20210925_192356.jpg

Deməli, haqqında danışmaq istədiyim ilk kitab yuxarıda gördüyünüz Raymond Morphy tərəfindən hazırlanan və dünyada ingilis dili öyrənənlərin ən çox işlətdiyi "English Grammar in Use" kitabıdır.

Bu kitabı haqqıyla, dərk edərək bitirən adam ingilis dili qrammatikasın yeyir deməkdir. Belə ki, bu kitab Intermediate, yəni Orta səviyyə ingilis dili qrammatikası kitabıdır və keçirilən qrammatika mövzuları başlanğıc orta səviyyə, tam orta səviyyə və üst orta səviyyəyə aid mövzulardır.

Gəlin bu səviyyələrin də açıqlamasın verim. Deməli, başlanğıc orta səviyyə o deməkdir ki, yəni sən artıq dilin dərinliyinə ciddi-ciddi girişirsən. Üst orta səviyyə isə o deməkdir ki, artıq sən dili rahatlıqla işlədir, nəyin necə olduğun çox rahatlıqla, çətinlik çəkmədən qavrayırsan. Bir şey ki, üst orta səviyyədən sonra Advance, yəni Mükəmməl səviyyə gəlir. Mükəmməl səviyyədə artıq sən rahatlıqla ingilis dilində elmi məqalələr, hər mövzuya aid danışıqlar apara bilərsən.

Bu kitabı bitirmək özü elə hər şeyə dəyər. Çünki qrammatika elə şeydir ki, adicə öz doğma dilində qrammatikanın çox dərininə girdikdə, itib-batırsan. İndi ondan qalmış ki, ingilis dili ola. Bu kitab tam mən istədiyimdir elə. Nə az, nə artıq. :)

IMG_20210925_192341.jpg

İkinci kitabım isə, yuxarıda gördüyünüz "Vocabulary for IELTS" kitabıdır. Bu kitabın yarısından çoxunu bitirmişdim. Kitab gündəlik danışıq üçün lazım olan, demək olar, hər mövzuya aid sözləri özündə cəmləşdirir.

Xatırlayıram, vaxtında bu kitabı oxuyanda danışığım çox yaxşılaşmışdı, lazımi sözləri, lazımi anda işlədə bilirdim. Ona görə də bu kitaba da yenidən ayrıca diqqət yetirməliyəm. Tam da danışıq kitabıdır.

IMG_20210925_192348.jpg

Son oxumalı olduğum kitab isə "Essential Words for IELTS" kitabıdır. Bu kitaba çox vaxt "Barrons'un 504 söz" kitabı da deyirlər. Səbəb də odur ki, ilk vaxtlar bu kitab çıxanda 504 sözü əhatə edirdi. İndi 600 sözü əhatə etsə də, yaddaşlarda elə "504 söz kitabı" kimi qalıb.

IELTS imtahanına hazırlaşanların mütləq surətdə oxumalı olduqları bir vəsaitdir. Kitabdakı bütün sözlər üst səviyyə və advance, yəni mükəmməl səviyyəyə aid sözlərdir. Dili çox çətindir. Belə kitabın üstünə 600 söz yazılmağına aldanmayın, yalan deyirlər. 600-dən xeyli çox yeni söz var idi mənim üçün. Hətta bir cümləni belə zülmlə oxuyurdum vaxtında.Bu kitaba da mütləq başlamaq lazımdır ki, söz bazam daha da artsın.

Görək. Mən yavaş-yavaş bildiklərimi təkmilləşdirməyə başlayım. Siz də öyrənmək istəyirsinizsə, gecikmədən başlayın dil öyrənməyə. :)

Sort:  
 3 years ago 

Uğurlar

Rus dili ingilis dilini döyər)

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.029
BTC 55747.05
ETH 2955.70
USDT 1.00
SBD 2.13