Evdə hazırlanan qəlyan. Fərqli ləzzət daddıq

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Qarpız sezonu sona yaxınlaşmışdı ki, son anda qarpızdan fərqli bir şəkildə istifadə etdik. Evdə oturmuşduq, elə nə edək, necə edək deyə düşünərkən, anidən Vüsal adlı dostumuz təklif etdi ki, gəlin sizə evdə hazırlama qəlyan hazırlayım, özdə öz əllərimlə.

Birimizi marketə qarpız və kömür dalınca, birimizi şlanq almaq üçün 1001 Xırdavata göndərdi. Özü də qolunu çırmalayıb bulaşmış bankanı yumağa başladı.

Maraqlı idi ki, adam nə hazırlayacaq. Lazımi bütün materiallar alındıqdan sonra dedi ki, indi sizə bir qəlyan hazırlayacam ki, gəl görəsiniz da. Evdə hazırlanan qəlyan haqqında eşitmişdim, amma dadına baxmamışdım. Nəinki mən, evdəki heç kim evdə hazırlanan qəlyandan çəkməmişdi.

New Project (25).png

Hamı stol başına yığılıb Vüsalın əl işinə tamaşa etməyə başladı. Adam birinci qarpızı yarı böldü, sonra həmin yarının aldından bir deşik açdı. Həmin deşiyin yanından da, bir başqa deşik açıb şlanqın bir tayını içindən keçirdi.

Deməli, ordadakı deşikdən qarpızın suyu həmin o bankaya tökülür, yandakı göy şlanqla isə həmin o içəri yığılan tüstünü ciyərlərimizə çəkirdik. Ən üstəki kömürün altında isə tüstünün aşağı getməsi üçün başqa bir şlanq yerləşdirdi.

IMG_20210625_222528.jpg

Nə etdi, nə hoqqa qayırdısa, bu vaxta qədər professional şəkildə hazırlanan qəlyanlardan çox da fərq etməyən bir şey çıxardı ortaya. Çox dadlı idi. Açığı, heç belə olacağını gözləmirdik. Qəlyan çəkməyi çox sevməsəm də, evdə çəkilən qəlyan elə bil insana daha təbii gəlirdi.

Konkret beynimizi dumanlandırdı. Qarpız sezonuna bomba kimi yekun vurduq. Hələ Vüsal deyir, başqa növ meyvələrdən də qəlyanlar hazırlayır. Görək məqam edib yenə belə bir şey təşkil edəcik.

IMG_20210721_214240.jpg

Qəlyandan sonra düşdük küçələrə Bakını gəzməyə. Beyin də dumanlı. Əla idi. Ha dedim, pivə də içək, dedilər, o məsələ olacaqsan qəlyandan sonra. Buraxmadılar. Hahahahaha

Evdə hazırlanmış qəlyan dadanlar, və ya özü hazırlaya bilənlər varsa, yazsın)

Coin Marketplace

STEEM 0.27
TRX 0.13
JST 0.032
BTC 62656.62
ETH 2941.90
USDT 1.00
SBD 3.59