• "Xatirələr" || #club5050 || 24.05.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Heç düşünmüsüz, beynin boşaltma sistemi olsaydı nə olardı deyə? Amma beynin bir boşaltma sistemi yoxdu. Yaşanan hər birşey; yaxşı ya da pis, orda qalır. Əsla beynindən ata bilmirsən. Ola bilər az düşünürsən, ama tamamilə yox edə bilmirsən. "Mədə beyindən ağıllıdır, çünki mədə qusmağı bilir amma beyin hər pisliyi saxlayır." deyib Çingiz Aytmatov. Unutmaq deyə birşey yoxmuş deyir.
IMG_20220524_232450_237.jpg Şanslı balıqlar :)
Unutdum demək belə xatırladır. Unutdum dediyin an nəyi unutduğunu xatırlayarsansa, təbii olaraq unutmamış olursan. Güclü yaddaş mövzusunda yazmışdım, yadınızda? Güclü yaddaş ən böyük cəhənnəmdi demişdim. Xatirələr əzab verən şeylərdi. Çünki xatirə olmuş şeylər ehtimal ki birdə yaşanılmayacaq qədər uzaqdadırlar. Tolstoy deyir ki, "Çox sevdiyin amma unuda bilmədiyin adamlar, hər xatırladığında səni təkrar təkrar tərk edər." Xatırlamaq cəhənnəmdir.

Sort:  
 2 years ago 

Yazıda balıqların fotosunun verilməsini düz anladım?))

 2 years ago 

məncə hə😀 yaddaşları yoxdu deyirlər onçün

 2 years ago 

Deməli, dostumun evində akvarium vardı, günlərin bir günü bu balıqlara baxırdıq, dedim, bu balıqlar niyə intihar etmir? Eyni yeri nə qədər gedib gəlmək olar ki? O da mənə izah etdi ki, onların yaddaşı olmur, getdiyi yeri geri qayıdanda unudur, yoxsa çoxdan dəli olardılar, başqa söhbətlərdə bu dostuma həmişə tupoy kimi baxmışam, bu izahından sonra çox utanmışdım))) Mən bundan bu yaşımda xəbər tutmuşdum))

 2 years ago 

😂😂əladıki. məndə ona görə misal gətirdim, bəxtəvərlər 3 sn qabaq etdiklərini xatırlamırlar heç

 2 years ago 

Yenə maraqlı yorumlarla maraqlı bir mövzu. Sizin yazılarınızı vaxtaşırı imkan tapdıqca oxuyuram. Çünki fərqli yanaşmaları dinləmək və oxumaq üçün çox az sayda ətrafa sahibik. Təşəkkürlər yazdığınız üçün.

 2 years ago 

commentiniz üçün çox sağolun👍🏻yazdıqlarımı bəyənməyiniz məni çox sevindirdi🌝təşəkkür eliyirəm

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 63622.11
ETH 2505.87
USDT 1.00
SBD 2.67