• "Əvəzlər" || #club5050 || 19.05.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Kiçikliyimizdən bəri beynimizə yeridilən bir neçə qəlibləşmiş cümlələrdən; "yaxşılıq edən yaxşılıq, pislik edən pislik tapar." Görürük ki hər yerdə belə deyirlər, bəs real dünya? Hərşey əladı burda?
Balaca olanda, "yaxşı uşaq olsan şirinləri görə bilərsən" deyirlər , bundan sonrası eyni bunun ki gərəksiz davamiyyət.
IMG_20220519_213211_507.jpg
Yaxşı olmaq bəs? Necə şərtləndirilir deyim sizə. "Özünü idarə et, yoxdu carpe diem və s. kimi sözlər. Qaydalara əməl et, zamanı gələndə mütləq əvəzini görəcəksən." Zamanı nə vaxt gələcək? Bəs əvəz?
Dəyişir bunlar, məsələn oxuyursan, əvəzi işlə təmin olunur, işləyirsən, əvəzində pensiyada yaxşı alırsan, dininin şərtlərinə əməl edirsən, əvəzində digər dünyada daha xoşbəxt həyat səni gözləyir.
Ya görürük ki kinolarda, başına minlərcə bəd hadisə gəlir, ancaq sonra "mutlu son"la bitir mütləq. Digər yandan ömrü boyu bədbəxt insanlar var. Onların da əlbəttə səbəbi var. Mütləq nə isə ediblər ki ona layiqdirlər.Screenshot_20220519-210818_Instagram.jpg Nə üzücü mənzərədi, elə deyil mi?
Belə də gedəndə çatdığımız nöqtə "qurbanı günahlandırmaq"dı. Yəni pis birşey etmisənsə heç vaxt xoşbəxt ola bilməyəcəksən. Ya da şirinləri görə bilməmisənsə, deməli buna layiq olacaq nəysə etmisən. Belə bir şey də deyilir, "Yaxşılıq elə dənizə at deyilən senaridə atılan yaxşılıqlar biraz azdı deyəsən, çünki dənizə düşən ilana sarılır." Yaxşılıq edənin sonda yaxşılıq tapacağı gerçəyi, topluluğun qayda qanununa əməl etmək üçün bir bəhanədir. Yaxşılıq edin ki, içiniz rahat olsun!

Sort:  
 2 years ago 

Düşünürəm insanın bir işi etməsi və ya bir hadisəyə baxışı həmin andakı bildiyi tək doğrularıdır. Yaxşılıq hesab etdiyimiz nisbi düşüncə kiminin baxışına görə pislikdir. Bir müddət sonra öz yaxşılıqlarımızı inkar edənlər də bəzən özümüz oluruq. qarşılıq gözlədiyimiz üçün tənqidi müqaisə ilə öz əməlimizi də pis hesab edirik.

 2 years ago 

haqlısınız, dediklərinizi şəxsən özümdə yaşamışam. sadəcə əsası böyük nəticələr doğurmayacaq şeylər olmalıdı deyə düşünürəm. böyük nəticələr doğuran qərarlar lap əvvəldən bəlli idi məncə, bəlkə də səhv düşünürəm, bilmirəm🤷🏻‍♀️

 2 years ago 

👍 Bəli. Lakin yenə də bu qərarın nəticəsində səhv olduğunuzu bilsəniz belə yenə o anda keçmişin səhv qərarın indiki doğrusunu yaşayacaqsınız. Yenə də doğru qərar vermisiniz. Yaşadıqca anlayırıq çünki. Bizdən aslı olmayan digər insanlar və onlarla bağlı hadisələr də var işin içində.
Nə bilim qarışıq düşüncələr. Siz yazın biz də oxuyaq. ara bir fikir mübadiləsi çox yaxşıdır. Təşəkkür edirəm

 2 years ago 

Düzdü, istəmədiyimiz çox şey çıxır, bizdən asılı olmayan şeylər baş verir. Yazacam, oxuyarsız😊👍🏻

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 63820.95
ETH 2497.43
USDT 1.00
SBD 2.69