Üstünlüyünüz nədi?

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Hər vaxtınız xeyir Steemit Azerbaijan ailəm. Necəsiniz? Yaxşı olmağınızı təmənni edirəm 🌸
Bu gün sizlərə Üstünlük mövzusunu danışmaq istəyirəm. Fikrimcə üstünlük bilmək, tanımaqdı. Hər hansı bir şeyin üstünlüyü onu tanıyan ,bilən insanlarca vardır. Əksəriyyət, üstünlüyü hansısa vəzifədə, var dövlətdə görür (ki bu məncə toplumun dayatması və bir qədər məcburiyyətlərdi)

Screenshot_20211213-013003_WhatsApp.jpg
Eh yəni, hərkəs biri tərəfindən idarə olunduğu üçün çoxluqda bu fikir yaranıb. Anlıyıram. Ancaq əksəriyyətin üstünlük zənn etdiyi şey , özündə ört basdır etməyə çalışdığı çatışmazlıqlarıdı. Buna həqiqətən təəssüflənirəm. Belə olanda yeni bir qavram yaratmaq əvəzinə, şəxsi inkişafa fokuslanmaq lazımdı. Əslinə qalsa 'üstünlük' kəliməsi çoxda bu mənaya gəlmir. İnsanları sinifləndirir , ancaq bəzən (məncə) pis mənada deyildə, insanları daha yaxşı bir şəxs etməyin bir növ ruhlandırma yoludu. Necəki həmdə bizim sinifləndirdiyimiz 'pis' , 'yaxşı' insanların fərqləri kimi. Yaxşı insanların vicdanı, məsumiyyəti, mərhəməti var. Pis insan isə bunlardan məhrumdu. Mənə görə bu cür xüsusiyyətlə zəngin insanlar üstün insanlardı. Yalan deməyəcəm, çox cəhətdən əksəriyyətdən üstün olduğumu düşünürəm :)

Screenshot_20211213-013455_WhatsApp.jpg
Yaradılışa qalsa heçkim heçkimdən üstün deyil bunu dəstəkləyən biriyəm. Amma insanın formalaşmasına qalsa, işlər dəyişir. İnsan kimi hərkəs bərabərdi, şəxsiyyət kimi üstünlüklər var. Sizlərdə özünüzü üstün görürsünüzsə, bunu bir düşünün deyərəm, nə cəhətdən üstünlükdü bu. Əgər 1 ci seçimdəki kimi üstünlükdüsə təəssüf edirəm :) 2 ci seçimdəki kimi üstünlük qurmağa çalışın. Bunu sadəcə 'pis' insanlar üçün yox, şəxsiyyətinizi daha da dəyərləndirmək üçün edin. Özünüzü inkişaf elətdirməyə çalışın. Özünüzlə baş başa qalın .Özünüzə yaxşı baxın! Digər postlarda görüşərik Steemit ailəm :) 🤜🏻🤛🏻
Hərşey bir kənara, bəs sizcə üstünlük nədi?

Sort:  

Üstünlük bacardıqlarım, etməyə çalışdıqlarım, itirəcəyimi bilsəm belə yola çıxmağım....Çox insan bunlardan çəkinir.Onçün üstünlüklərimizi bilməyik....Bu sual İş müsahibəsində verilən öncül suallardandı))))Post üçün təşəkkürlər🌸❤

 3 years ago 

İş mühasibəsində buna diqqət yetirəcəm :)) oxuduğun üçün təşəkkürlər❣

Gözəl post idi👌🏻
İnsan kimi hərkəs bərabərdi, şəxsiyyət kimi üstünlüklər var.🤝🏻

 3 years ago 

təşəkkürlər 💜🤍

Qələminizə sağlıq. 👍

 3 years ago 

təşəkkürlər🌸

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60787.79
ETH 3242.30
USDT 1.00
SBD 2.46