• "Əsas qənimətlər" || #club5050 || THE DİARY GAME Better Life. || 20.05.2022 || (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, Steemitçilər! Necəsiniz? Həyatınız necə gedir? Məni soruçsaz , keçən dəfəki postumda yazdığım kimi, hələ də biraz monotondu😶 Sağolsun, arada universitet rəhbərliyi tədbirlər təşkil edir, bir günlük monotonluqdan çıxıram məndə. Keçən postda bəhs etmişdim bundan sizlərə. Bu dəfə də Hərbi Qənimətlər parkına aparacaqdılar bizi.
qenimetpar1.jpg link
Düzü çox da könüllü sayılmazdı getməyim, amma gedəndən sonra gördüm ki getməyə dəyərmiş. Əslində giriş pullu imiş, amma koca yürekli dekanımız bizim giriş pulumuzu ödəmişdi deyə biz pul vermədik)). Başda çox da marağımı çəkməmişdi, ta ki bələdçimiz bizi gəzdirəndə ordakılardan bəhs edənə qədər.
InShot_20220520_173109320.jpg
Çoxlu istifadəyə yararlı-yararsız tankları, onların artilleriya atəşlərindən qorunmaqları üçün yerləri, yemək yedikləri otağı, ərzaqları və əsas da silahlar üçün saxlanılma yerlərini, raketləri və s. göstərdi bizə.
InShot_20220520_172017630.jpg
Altdakı şəkildə atdıqları amma partlamayan mərmi halında gecə lampasıdır. Anladılmaq istənən isə; "Siz mərmi atıb evlərin işıqlarını söndürürsünüz amma bizlər evlərə işıq oluruq."
IMG_20220514_124319_761.webp
Videozal'da, predizentimizin məşhur kəlamlarını dinlədik😄 Hansı ki, 44 günlük müharibə sonrası əldə etdiyimiz qələbəni taclandıran, uzun bir müddət dillərdən düşməyən o kəlamları.
InShot_20220520_170922233.jpg
Birdə bu formalı skamyalar var idi 👇🏻
IMG_20220514_124138_807.webp
Alt bölməsində silah-sursatdan bir hissə var imiş. Verilən mesajda var idi əlbəttə, amma ki mən unutmuşam😕
Yadınızda, xəbərlərə çıxmışdı, səhv etmirəmsə Tərtər rayonunun Ələsgərli kəndinə atılmış raket yemək masasına tuş gəlmişdi, ancaq partlamamışdı. Yaxşı qurtulmuşdular, ailə danışanda demişdilər ki, "masadan yeni qalxmışdıq, 10 dəqiqə tez atılsaydı itkilər ola bilərdi." Yəni sadəcə 10 dəqiqə kömək edib onlara. Daha tez atılsaydı ya da onlar masada daha çox otursaydılar sonu pis bitərdi. Bu şəkildəki də həmin masadı👇🏻
Picsart_22-05-20_17-13-21-651.jpg
İçərisində küllər olan yararsız hala düşmüş texnikalar , raketlər və s.
InShot_20220520_173439997.jpg
Bilirsiz, hətta içərisindəki küllərin onların leşlərinin külləri olduğu da deyilir. İlk gətirilən vaxtlar üstlərində qarğaların uçuşduğunu da deyirlər. Biraz qəribədir.
IMG_20220514_130306_738.webp
Bu şəkildəkilər də , ermənipərəst tanınmışlardır. Hər biri ermənilərə mənəvi dəstək olub, onların tərəfində imişlər.
Atdıqları raketlərin partlamaması səbəbi də çoxdanın silahları olması ilə əlaqəliymiş.
Picsart_22-05-20_17-08-25-703.jpg
Şəkildə tankın üstündəki bayraq da, Dağlıq Qarabağ Respublikasının ya da digər adı ilə heç bir ölkə tərəfindən tanınmamış və qondarma "Arstax Respublikası"nın bayrağıdır. Bayraq Ermənistanın bayrağı əsasında yaradılmış, tək fərqi isə kənarındakı üçkünc ağ naxışdır. Naxışın mənası isə Dağlıq Qarabağ Respublikasının Ermənistandan ayrı olmasına baxmayaraq guya Ermənistana bağlı olması mənasını verir.
Screenshot_20220520-174039_Instagram.jpg
Daha sonra isə hardasa yeraltı olan onların qorunma yerlərindən keçdik. Raketləri, tankları , hətta İskəndər-M raketini də gördük.
IMG_20220514_124109_578.webp
İlk dəfə idi gedirdim, maraqlı gəlmirdi ilk başda, heç düzünə qalsa nə ilə qarşılaşacağımı da bilmirdim. Sonrasında getməyimə dəydiyini gördüm. O park həqiqətən qənimətləri yaşadır özündə. Reallığı hər kəscə bəlli olacaq şəkildə gün üzünə çıxarır. Bizimkilər isə tamam ayrıdılar, möhtəşəmdilər!. Günün sonunda çox şey örgəndim əlbəttə və lazımi şeylər. Hərkəsin bilməli olduğu şeylər. Yaxşı ki getmişdim. Bir gün də olsa, fərqli birşeylər görmək əla oldu! Bu qədər, steemitçilər, sağ olun, özünüzə yaxşı baxın!

Sort:  

Gözəl postdu, Alsu👍🏻

 2 years ago 

oxuduğun üçün sağol <3

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

 2 years ago 

thank u👍🏻

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 76124.19
ETH 3032.07
USDT 1.00
SBD 2.62