"Psyche və Eros" 👩🏻🧑🏻|| #club5050

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam! Steemit Azerbaijan ailəsi. Heç "Eros'un oxu"nu eşitmisiz? Və necə işlədiyini? Bugün sizə başqa bir mifologiya hekayəsi ilə gəlmişəm. Psyche və Eros haqqında. Oxuyanda qərar verdim, ən sevdiyim mifologiya mövzusu oldu. Nəysə mən danışım siz qərar verin maraqlı olub olmadığına. 3 şəhzadə bacının ən balacası olan Psyche, Afroditi belə qısqandıracaq gözəllikdəymiş.

PsycheGM.jpg
link
Buna qarşılıq, Afrodit oğlu Eros'a belə deyər; "Bunu bir canavara aşiq elə rahatlayaq." Tək istədiyi Psyche'nin əzab çəkib gözəlliyini itirməsidi. Amma təbii ki işlər istədiyi kimi getmir. Eros, oxla səhvən özünü vurur və aşiq olur. Bu ara da Psyche'nin atası ,"bizim qız gözəldi ama heçkimi bəyənmir" deyərək kahinin qapısını döyər. Kahin də, "qızında tanrıların belə qorxduğu birinin gözü var, uzaq bir qayaya qoyun qızınızı gəlsin alsın" deyər. Atası çox üzülsə də, xoşbəxt olacağını bildiyi üçün kahinin dediyini edir. Psyche canavar gözləsə də bir Qərb küləyi Psyche'ni yeni sarayına aparar. Möhtəşəm saray, qüsursuz xidmətlər. Tək problem də, hərkəsin görünməz olduğudu.

wall-murals-eros-love-statue-at-piccadilly-circus-london.jpg.jpg
link
Axşamlar da Eros gələr, ancaq görünməmək üçün zifiri qaranlığı seçər və günəş doğulmadan da çıxıb gedər. Eros ,"məni görmədən sevməlisən" deyir. Psyche də neynəsin, örgəşir buna, hətta sevir də. Yazıq qızda, ailəsinin onun öldüyünü düşündüyünü zənn edir, bacılarım gəlsə də buranı görsə deyə dərdlənir. Yoldaşından ailəsini saraya çağırmaq üçün icazə alır. Eros'da, bacılarından xeyirdən çox şər gələcək desə də çox dirənmir. 1 dəfəlik razı olur ancaq şərti də odu ki 'məndən bəhs etmə.' Gələn anda bu zənginliyi görən bacıları ortalığı fitnə fəsadla qarışdırırlar. Eh, ailədidə, seçimlə olmur ki. "Necə yəni yoldaşını görməmək!? Əgər çirkin olmasa özünü sənə göstərərdi. Bu işdə bir iş var" deyə Psyche'ə qaz verərlər. Bu qazla Psyche bir gecə şam yandırıb yoldaşına yaxınlaşar.

s-654840309dcc1c901fe8a7773dd835ff0eb6a0ce.jpg
link
Birdə nə görsün!? Canavar zənn elədiyi Eros çıxar. Əlbəttə onun yaraşığını görüb yenə aşiq olar. Amma bu anın təəccübüylə səhvən şamın ərintisi Eros'un bədəninə düşər. Bunun ağrısı ilə oyanan Eros, əsəbləşib sarayı tərk edər. Nəymiş "mənə güvənmədin, mənə xəyanət etdin" deyə. Anasının sözü ilə oturub duran, Psyche'ə qarşı səhv edən bu deyil sanki. Psyche bu məsələ üzərindən bir xeyli çilə çəkər. Eros'la barışa bilmək üçün Afrodit'ə belə yalvarar. Əlbəttə ki Afrodit bu vəziyyətdən istifadə edib Psyche'ə xeyli əziyyət çəkdirər. Ancaq sonra Zeus'un Psyche'ə yazığı gələr və araya girib işləri düzəldər. Beləliklə Psyche ölümsüzlər arasına qatılır. Eros məsuliyyətli davranır və sevdiyi qadın ilə yenidən davam edir.

julia-metzger-eros-psyche-render2.jpg
link
Nəticə olaraq məcbur olsalar da , tanrılar Psyche və Eros'un birlikdəliyinə razı olarlar. Ruh tanrısı Psyche , Sevgi və seks tanrısı Eros'un birlikdəliyindən Hedone (həzz) doğular. Bir birlərini çox sevdikləri üçün hekayələri də xoşbəxt sonla bitər. Bizdə buna sevinərik :) Eros və Psyche sevgisi, Miletus əfsanəsinə əsaslanır. Bu əfsanənin mənası da: sevgi və ruhun bir birindən ayrılmaz olduğu, ancaq bu birliyin davamlı olması üçün tərəflərin əngəlləri birlikdə aşması və düşmənlərini birlikdə alt etməsi ilə gerçəkləşə biləcəyidir. Belə, steemitçilər. Davamı mütləq ki gələcək. Gələn postlarda görüşərik o zaman, özünüzə yaxşı baxın!♡
IMG_20220218_225242_371.jpg

Sort:  
 3 years ago 

İlk dəfədi gördüm bu məlumatı, maraqlı oldu təşəkkürlər. 👍
Açığı deyim heç o adı tələffüz edə bilmədim😄

 3 years ago 

"psayki" deyə tələffüz olunur ama p hərfini biraz asta demək lazımdı təxminən "sayki" deyə birşey alınır. Təşəkkürlər😄

Çox maraxlı mifologiya idi. Məndə ilk dəfə idi eşidirdim .

 3 years ago 

hələki yazdıqlarım içində ən maraqlı olanı bu oldu mənçündə🙂

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.030
BTC 59096.52
ETH 2516.65
USDT 1.00
SBD 2.46