• "Motivasiya qaynağınız" || #club5050 || 02.06.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, Steemitçilər! Necəsiniz? Günləriniz, həyatınız necə keçir? Həqiqətən soruşuram bu sualı. Giriş olsun deyə yox. Məni soruşsaz, imtahanlarla əlləşirəm heçnə. Hamı kimi. Tək şikayətim var, qıtlıq çəkirəm. Mövzu qıtlığı. Bu aralar beynimin bütün bir hissəsini imtahan üçün istifadə edirəm, yazmağa post mövzusu tapa bilmirəm😄 Məqsəd post olsun deyə yazıram, həm də bir sual verim bir balaca söhbət olsun. Son vaxtlar özünüz üçün önəmli saydığınız nə etmisiniz? Ən çox nəydən xoşbəxtsiniz? Klassikdi bəlkə də, amma mənə özünüzü necə motivasiya etdiyiniz maraqlıdı. Mənə də məsləhət görün.
IMG_20220529_001625_947.jpg

Sort:  
 2 years ago 

Günlərim ancaq imtahanı fikirləşməklə keçir. Son günlər tək motivasiyam "imtahanlardan keçim ki, yayda isdirahət edə bilim". Yəni imtahandan başqa mövzu yoxdu. 😆

 2 years ago 

yəni deyirsiz motivasiya ola bilməyəcəksən? mən ki yayda istirahət etməyəcəm, mən nə deyə təsəlli tapım😢

 2 years ago 

Düzü mən də istirahət etmiyəcəm. Hər halda dərsnən məşğul olmaqdan yaxşı olar digər işlər. 🥲

 2 years ago 

o zaman keçmiş olsun hər birimizə, xoş istirahətlər indidən👍🏻

 2 years ago 

Təşəkkür.

 2 years ago 

Motivasiya Mənbəyim Sizə bəlkə də çox qəribə gələcək. Hər vaziyyətimdə özümə baxaraq motivasiya əldə edirəm. Soruşacaqsız necə? Nə böyük iş görmüsən ki, özündən razılıq edirsən. Xeyir bu heç də özümdən razılıq deyil. Bu Sizi, Məni, bütün bəşəriyyəti YARADANA olan razılığımdır. **Düşünməyə,dərk etməyə beyin, iş görməyə, hərəkət etməyə əl, qol, ayaq, eşitməyə qulaq danışmağa dil, ağız və s.
saymaqla bitməyən zənginliklə təmin edib Məni Mən bunların qarşısın da necə də motivasiya qazanmayım?

 2 years ago 

doğru deyirsiz, amma insanıq da, heçvaxt olanımıxa qane olmuruq, hər zaman özümüzdə olmayanda olur gözümüz. düşüncəsizlik🤷🏻‍♀️ dediyinizi mən də sınıyacam 😊

 2 years ago 

İnsan elə bir məxluqdur ki, nə istədiyini heç vaxt bilmir...

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 76124.19
ETH 3032.07
USDT 1.00
SBD 2.62