1• "An'da qal!" || #club5050

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

"Sevgili kainat, bizə nəyi başa salmağa çalışırsan? Nələri görməli, nəyi anlamalıyıq?" Və kainatdan gələn cavabı gözləyək. Kainat bizə 5 qanun verəcək anlamağımız üçün: "indiki an" qanunu, mühakimə etməmə qanunu, gözlənti- çəkim qanunu, tarazlıq qanunu, sevgi-özsevgi qanunu. Həyatımıza istiqamət verəcək 5 kainat qaydaları. Tək-tək danışacam bunları. İlk öncə "indiki an" qanunu. Psixologiyamızı pisliklərdə təmizləyə, bizə daxili sakitlik və hüzur verə bilər.

IMG_20220308_180432_074.webp

Əslində isə digər zamanlarda o heçvaxt olmamışdır. Bu qanun bizlərə reallığı elə olduğunu düşündüyümüz, olmasını istədiyimiz yada olmasından qorxduğumuz halı ilə deyil, olduğu halı ilə xatırladır. Ən "saf" halı ilə. Ən əsası, indiki an nəfəs aldığımız andır. Tək gerçək an isə, "indiki an"dır. Deməli, baş verəcək şeyləri beynimizdə qurmaq sadəcə anı yaşamağımıza mane olur. Həmişə deyirlər ee... Carpe Diem! Əlbəttə ki, an'ı yaşamaq, ya da an'ı tutmaq o qədər də asan deyil. Düşünün bir , 24 saatda , həyatımızda an'ı yaşaya bilməmək necə uduzdurur bizləri.

IMG_20220316_025107_049.jpg

Ya keçmişdəki birşeyə ilişirik, ya da gələcəkdə etməli olduqlarımıza. Keçmişdə yaşadıqlarımızı düşünürük və o an hiss etdiklərimizi yenidən hiss edirik, o sıxıntıları "canlı" saxlayırıq. An'larımız, yaşam və bizlər dəyərliyik.. Birşeyləri hər zaman uzaqdan yaşamaqdansa bəzən zövq almağa da çalışmalıyıq. Anlarınızı gözəlləşdirin! Necəki deyirlər e, Mükəmməl an'ı gözləməkdən vaz keçdim. İçində olduğunuz an'ı mükəmməlləşdirin! O zaman, "indiki an"larınızı hər zaman fərqindəlik və sevgi ilə yaşamağınızı diləyirəm.. An'da qalın əziz, Steemitçilər!

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 60526.80
ETH 2335.69
USDT 1.00
SBD 2.53