"İdarə Yanıltması"

in Steemit Azerbaijan☪✔2 years ago (edited)
Axşamınız xeyir Steemit ailəm. Neçə vaxtdı yazı yazmırdım, səhv etmirəmsə ən son 23 gün əvvəl yazmışam. Əslində əllə tutulacaq bir səbəbi yoxdu sadəcə imtahanlar olsun, bəzi keçərsiz səbəblər olsun mane olurdu yazmağıma, necə deyərlər içimdən gəlmirdi yazmaq. Nəysə ,bunlar sizin maraqlandığınız şeylər deyil. İndi sadəcə "şeytanın qıçını qırıb" yazmaq istədim :) Necəsiz? Necə keçir günləriniz, həyatınız? 2022ci il sizlərə necə gəlib? Bilirsiz ,steemit ailəm, mənə elə gəlir ki ,hər kəs bilir və qəbullanması biraz çətin olsa da, zənn etdiyimizdən çox az şey öz idarəmizdədi. Yenə də şərtlərimizi zorlayıb, idarə yanıltmaları ilə təsəlli tapırıq. Gələcəyimiz, xarici görünüşümüz, kariyeramız və s. siyahı uzandığca uzanar. Eh yəni, kim istəməz ki özü üçün ənn yaxşısını , ən xeyirlisini seçməyi, həyata keçirməyi? Deyilir ki, Van Gogh intihar edəndə 37 yaşında idi və "Həbsdəkilər" adlı tablosunda 37 adam var idi. Yaşadığı hər anı zindanda yaşıyırmış kimi hiss edən biri üçün maraqlı məqamdı əslində.

1200px-Vincent_Willem_van_Gogh_037.jpg
link

Diqqət etsəniz ortadakı sarışın adam Van Gogh'a bənzəyir. Məndə deyirəm ki, özü üçün ən yaxşısını seçmə şansı olsaydı əlində, "həbs həyatı" yaşamağı seçərdimi heç? Zamanla da "idarə elədiyim" şeylər mənə batmağa başladı. Hal hazırda idarə etmə gücüm mənə hislərimmiş kimi gəlir. Hərşeyə başlamadan əvvəl necə olacağına hisslərimlə birlikdə qərar verib elə başlıyıram. Məsələn imtahan nəticələrimə hisslərimlə qərar verib o hisslərlə girirəm imtahana. Çox qəribə deyilmi? Yavaşdan fərqinə varıram ki tək sahib olduğum şey özüməm. Hisslərim mənə aiddi və tək idarə edə bildiyim, hisslərimdi (bəzən oda idarəmdən çıxır) .Birdə belə düşünək, ən azından seçimlər öz əlimizdədi, seçməyə məcbur olduğumuz vəziyyətdə. Olsun, mən yenədə ən yaxşısı üçün çalışacam. Bunun nəticəsinidə sizlərlə danışacam mütləq :D Özünüzə yaxşı baxın, özünüz üçün ən yaxşısına çalışın! Gələcək (gecikməyəcək) postlarda danışarıq ❣

Screenshot_20211218-222212_WhatsApp.jpg

Sort:  
 2 years ago 

Sizi yenidən aramızda görməyimizə şad olduq))

 2 years ago 

təşəkkürlər :) davamlı olmağını diləyirəm 😄

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60023.73
ETH 3191.15
USDT 1.00
SBD 2.45