• "Sərhədlər" || #club5050 || 17.05.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, steemitçilər! İnsanlara qarşı sərhədlərinizi qoya bilirsiniz? Yoxsa "xətri qalmasın" deyə istəmədiyiniz şeyləri də etməli olursunuz çox vaxt? Düzdü, sərhədlərini qoya bilənlər belə bəzən xətir dərdindən nələrisə edirlər amma bunlar istisna hal olaraq qaldığı zaman normal sayılır. Birinə "yox", "istəmirəm" demək sizin pis biri deyil, öz həyatınızdan yalnız özünüzün cavabdeh olduğunu göstərər. Sərhədlərinizi qoymaq sizi kobud biri eləməz.
IMG_20220512_165343_165.jpg

Fikirlərinə hörmət edirəm ancaq bu mənim həyatım və mənim qərarımdı.
Bu mənim bədənimdir, fikir bildirmə haqqına yalnız mən sahibəm.
Qapımı döymədən otağıma girməyindən narahat oluram.
Təəssüf, ancaq bunu etmək istəmirəm.
Əsəbi olduğunu anlayıram, ancaq mənə belə davrana bilməzsən. və s və s. kimi cümlələr demək sizdən heçnə əskiltməz.

IMG_20220515_214438_031.jpg
Qoyduğumuz sərhədlərlə insanların bizə necə davranması gərəkdiyini göstəririk əslində. Xətir dərdindən çox vaxt istəklərimizi dilə gətirə bilməməyimiz, sərhədimizi qoya bilməməyimiz özgüvən əskikliyinə, depressiyaya səbəb ola bilir. Bunu etmək bəzən çətin olsa da, öz mənliyimizi qorumaq və ehtiyaclarımızı qarşılamaq üçün gərəklidir. Sərhədlərinizi qoyun, qoyun ki sonra insanların həyatınıza qarışması kimi problemlərlə üzləşməyəsiniz. Belə, Steemitçilər, sağlıqla və sərhədlərinizlə qalın!

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 57806.13
ETH 2453.64
USDT 1.00
SBD 2.36