#club5050 || THE DİARY GAME Better Life. || "Exhibition" || 27.05.2022 || (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, Steemitçilər! Necəsiniz? Həyatınız necə gedir? Mən tərəfdə yaxşılıqdı. Sizə həmişə universitetimin təşkil etdiyi tədbirlərdən danışmışam. Bu dəfə getdiyim sərgi universitetimizin təşkil etdiyi birşey deyildi düzdü , amma olsun, əsas mövzumuz bu deyil . Bəlkə də getmisiniz siz də, 18-20 may arası Bakı Ekspo Mərkəzi'ndə İNTERFOOD AZERBAİJAN 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi keçirilmişdi. Düzü marağımı çəkmişdi ilk andan, çox da tərifləmişdilər. Buna əlavə olaraq da elə ixtisasım ilə əlaqəli olduğunu düşündüyüm üçün sərgiyə getməyi şərt bilmişdim özümə (ixtisasım qida mühəndisliyidi). Qrup yoldaşlarımla getmişdim. Dağlar aşaraq gedib çatdım desəm tam da yerinə düşər. Məkan əla, amma yeri çox pis😶
IMG_20220519_211935_105.jpg
Elə girişdən necə diqqət çəkici olduğunu görmək olurdu. Girişdəki o "sənət əsərləri" təxminən sərginin gedişatı haqqında bir fikir yaradırdı. Adının qida sərgisi olduğuna baxmayın, əsası qida sənayesi, içkilər , yeni texnologiyalar , heyvandarlıq və s. idi. Sərgidə hər cür; milli və regional stendlər nümayiş olunurdu.
Screenshot_20220527-005021_InShot.jpg
Kənd təsərrüfatı, tekstil, pambıq emalı, kənd təsərrüfatı üçün yeni texnologiyalar və s. də əsas idi. Bir çox ölkədən də tanıdanlar, şirkətlərdən təmsil etməyə gələnlər; Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Hindistan həmçinin Azərbaycan və s. kimi ölkələrdən iştirakçılar vardı. Texnologiyaları tanıdırdılar, qidaları dadmaq şansı verilirdi çoxunda.
IMG_20220519_213242_294.jpg

IMG_20220519_211544_924.jpg
Şirniyyatlar ,dondurmalar, şokoladlar, çərəzlər və daha nələr. Məncə sırf bu dadımlara görə gedənlər belə vardı😄 Baxdım məndə dadlarına, əsas da dondurmanı, şokoladlarını bəyəndim. Mangolu, badamlı , narlı ,vanilli və bildiyimiz digər tərkibli idilər . Həqiqətən fərgli dadlar idi, hər biri çox qəşəng dadırdı. Birdə girişdə bizim ustaların əl işi olan yeyilə bilən tort var idi.
IMG_20220519_211918_437.jpg
Formasından görürsünüz də, çiçəklənən dünyamız əks edilib. O hansı dünyadı bilmirəm düzü 😀 Başqa ustanın şokoladdan hazırladığı gəmi , başqasının hazırladığı başqa birşey . Bir sözlə baxanda heç yeyilməli olduğu deyilməyəcək şeylərdilər.

IMG_20220519_213400_861.jpg

IMG_20220519_211903_274.jpg

Screenshot_20220527-005724_InShot.jpg
Bu şəkillərdəkilərin hər biri yeyilməli şeylərdi.
Amma həqiqətən möhtəşəmdilər. Bu dərəcə bacarıqlı insanların olduğunu görəndə sevinirəm niyəsə. Heyvandarlıq da sərginin mövzularından olduğu üçün Arıçılıq Mərkəzində yetişdirilən "Karnika" cinsli arı ailəsini də görmək mümkün idi. 👇🏻
Screenshot_20220527-004323_InShot.jpg
Şərablar, digər spirtli və spirtsiz içkilər vardı. Hər biri haqqında istənilən məlumatı soruşduqda, onlar ətraflı məlumatlarla bilgiləndirirlər.
Screenshot_20220527-004541_InShot.jpg
Mən biraz gec yazdığım üçün tam məlumat verə bilmirəm sizlərə😶 Bildiyim qədəri ilə gələn il də keçiriləcəkmiş, mütləq gedəcəm yenidən. Kiçik qeyd dəftərləri, qələmlər, məlumatlandırıcı kitabcıqlar verirdilər bizlərə də hədiyyə kimi. Şəxsən çox sevdim, çox da dəyərdi getməyə.
IMG_20220519_213333_773.jpg
Ən əsası da insanlar çox səmimi və mədəni idilər. Türklər hələə😄 Ayrı bir səmimiyyət yaradırdılar sanki. Son olaraq demək istəyirəm ki ölkəmizdə belə işlərin görülməsi əla idi sözsüz, amma sanki digər ölkə nümayəndələri daha aktiv idilər. Mən istəyərdim ki öz ölkəmizin səsi hərkəsin səsini basdırsın. Amma ümid edirəm ki yaxın gələcəkdə Azərbaycanda keçirilən bu tip sərgilərdə ölkəmiz daha aktiv şəkildə iştirak edəcək. Bu qədər , əziz steemitçilər. Bu tip işlər mənə maraqlı gəlir. Gələn sərgi yazılarında görüşərik, özünüzə yaxşı baxın!

Sort:  

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

 2 years ago 

Sergideki eserler çok ilginçmiş hem yenilebilir hem de çok değişik şekillerde yapılmış olması ilgimi çekti. Güzel sergiyi bizimle paylaştığınız için teşekkür ederiz.

 2 years ago 

Kime yenilir olduğunu söylersem bir şaşkınlık geçiriyor😅 Yorumunuz için teşekkürler🙏🏻

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 57694.11
ETH 2446.73
USDT 1.00
SBD 2.38