• "Çarə" || #club5050 || 29.05.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Bir yerdə oxumuşdum, deyir ki, Van Gogh qardaşı Theo'ya necə çarəsiz hiss etdiyini bir məktubda belə yazmışdı: "İntihar məqsədli girdiyi dənizin suyu çox soyuq olduğu üçün quruya çıxmağa çalışan adam kimiyəm." Yoruldun, amma savaşmaq məcburiyyətindəsən. Geri qayıtmaq istəyirsən, amma yolu yarılamısan. Bitdi, amma əslində davam edir. Nə qədər qaçsan da, başqalarının iməkləyərək gəldiyi yerə qədər belə çata bilmirsən.
IMG_20220529_002343_421.jpg
Çarə biriləri tərəfindən verilən birşey deyil də, axtarılıb əldə edilən birşeydi. Öz qayığını özün çəkməyən irəliləyə bilməz. İnsana da özündən çox kimsə fayda verə bilməz. Elə tam da buna görə başqasından çarə ummaq yanıldır insanı. Bir gün çox çarəsiz hiss etsəniz, bilin ki keçəcək. Hər şey keçir, bilirsiniz də. İçinizə sığan, amma ifadələrə sığmayan çarəsizlik keçəcək əmin olun ki.

IMG_20220529_002213_073.jpg

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 57694.11
ETH 2446.73
USDT 1.00
SBD 2.38