"Can sıxıntısı"🙍🏻‍♀️ || #club5050

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam Steemit Azerbaijan ailəsi. Necəsiniz? Ehtimal ki, bəzilərinizin canı sıxılır. Amma belə bildiyimiz sıxıntı kimi: keçiçi, günlük bir sıxıntı deyil , "ennui" olanından. "Ennui"nin nə olduğunu bilmirsiz böyük ehtimal. Gəlin nə olduğunu mən sizə deyim. Ennui ,fransızca qismən "can sıxıntısı" mənasını verir. Yanlış da sayılmaz, ancaq 'can sıxıntısı' qədər bəsit bir qavram deyil. Daha dərin duyğuları ifadə etdirir. Əsasən açıqlaması bizim üçün çətin olan hissləri başa salmaq üçün istifadə olunur deyək. Əminəm ki əksər ,hətta lap çox insan bu hissi bilir.

Sickert,_Ennui.jpg
link Walter Sickert'in "Ennui"(sıxıntı) adlı əsəri. Əsərdə siqaret çəkən kişi və qadın eyni evi paylaşsalar da , psixoloji olaraq bir birindən uzaq görünürlər.
Bir növ həyatla, yaşamla əlaqəli olan sıxıntılardan bəhs edir. Əgər bu dediklərimi hiss edirsinizsə, böyük ehtimal birşeylər etmək üçün motivasiyanızı tapa bilmir, hər hansı birşeydən zövq ala bilmirsiniz. Bir ucu depressiyaya çatır, səbəbi də: bir müddət heçnəyin yaxşı hiss etdirməməsidi. Belə anlarda özünüz üçün ən yaxşısını eləməlisiz əlbəttə və bunun fərqindəsinizdir, buna görə bəzən özünüzü eqoist kimi hiss edə bilərsiz amma əmin ola bilərsiniz, bunun eqoistliklə əlaqəsi yoxdu. Vaxt gəlir ,öz gələcəyimiz və məqsədlərimiz haqqında şübhəyə düşürük. Boş və mənasız hisslərə qapılırıq. Amma əlbəttə bu belə davam etməz , etməməlidi.

IMG_20220218_082154_034.webp

Bu vəziyyətdən çıxış yollarıda var əslində, sadəcə özümüzü bu şeydən qurtulmaq üçün motivasiya etməliyik. Maraqlı olan bir hobbi tapmaq, sahib olduğumuz gözəl şeyləri xatırlamaq, xəyallarımızı yadımıza salmaq vəziyyətdən çıxış üçün ilk və əsas addımlardı. Əlbəttə ki hərşey bizim əlimizdədi. Bu dediklərim sizə tanış gəlir və hiss etdiklərinizdirsə, sizi içinə çəkməsinə icazə verməməlisiz, özünüzə sahib çıxmalı, özünüzə yaxşı baxmalısınız!
Screenshot_20220223-031139_Gallery.jpg
Son olaraq, sizə A.Qədir'dən bir cümlə buraxıram bura (olduğu kimi türkcə yazacam, çünki mənası elə daha dərindi), "Bu akşam içimde tuhaf bir sıkıntı var, dünyada sanki bir ben kalmışım. Sanki herkes nerde keder varsa bırakmış, ben nerde bulduysam toplamış almışım." Bu qədər steemitçilər , digər postlarda görüşərik!♡
•Hərşey bir kənara, siz "ennui" hissini ən son nə yaşamısız? İçindən necə çıxmısız? Çıxa bilmisiz daha doğrusu?

Sort:  

Mənə elə gəlir ki, bu hissi hamı həyatının bir hissəsində yaşayıb.. O sözlə tamamlayır indi. :|

 2 years ago 

düzdü ,yəni yağ bal içində yaşayan insanın belə mütləq içinə düşə biləcəyi vəziyyətdi 🙂

 2 years ago 

Mənə də çox tanış bir hisdir bu

 2 years ago 

təəssüf :(

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64768.36
ETH 3436.88
USDT 1.00
SBD 2.51