4• "Tarazlıq" || #club5050 || 30.05.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)
Tarazlıq qanunu. Problemlər yaxşı şeylərdir. Biraz mənasız cümlə oldu, hə? Demək istədiyim: yaşadığımız hər problemin arxasında, böyüdülmüş baxış bucağı var. Problemlər yaxşıdı əslində, bizə nəyi tarazlaşdırmalı olduğumuzu deyir. Ən bəsit halı ilə, birşeyləri ya artıraraq ya da azaldaraq taraz saxlaya bilərik, əsas nüans da ən uc nöqtələrdən qaçınmaqdır.
Problemlərlə qarşılaşırıq, çünki həyat bizə özümüzdə nələri düzəltməli olduğumuzu göstərməlidi. Hərşey tarazdır həyatda , ən bilinən misal olaraq evlilikləri, insan münasibətlərini nümunə kimi göstərə bilərəm. Bir tərəf çox sevər digəri ona nisbətən az, bir tərəf təmizkardır digəri dağınıq, bir tərəf çox sıxandır digəri sərbəstlik sevər.
Bir birlərini tamamlayarlar digər bir deyişlə. Bir tərəf çox enerjik olanda digəri nisbətən daha sakit olur. İki tərəf çox enerjik olsa həyat onları bir yerdə tutmaz, ayırar. Bizlərin heç bir xüsusiyyəti digərindən daha pis ya da daha yaxşı deyildir. Nə qısqanclıq nə qəzəb nə başqa birşey. Bilməli və etməli olduğumuz tək şey uclardan qaçınmaqdır. Əgər özünü taraz saxlaya bilirsə insan, heç vaxt bir xəbərdarlığa gərək qalmır. Təxminən hamının başına gələn bir misal çəkim: Çox yaxşı niyyətlisinizdir və xoşgörülü, buna görə həyatınıza həmişə yaxşı niyyətinizdən istifadə edən insanlar girər. Və bu insanlar sizin yaxşı niyyətinizi hər zaman üzə çıxarmamalı olduğunuzu örgədər.
Dan Millman, "Həyatımızın məqsədi" kitabında tarazlıq ilə əlaqəli belə bir şey deyir; "Əgər yer çəkimi dünyanı bir arada tutan vasitədirsə, tarazlıq onun sirlərini meydana çıxaran açardır. Bütün qütblərin (isti-soyuq , sürətli-yavaş, yüksək-alçaq, iç-çöl) arasında bir tarazlıq nöqtəsi, mərkəz yer alır." Nə zaman ki həyatımızın tarazsızlığımız üzündən bir çıxmaza girərsə, bu zaman ayılırıq və birşeyləri düzəltməli olduğumuzun fərqinə varırıq. Yaradılışımız belədi, belə doğulmuşuq, bəlkə də çoxumuz belə öləcəyik. Daxili hüzuru tapa bilmək üçün kainat hər zaman tarazlığımızı təmin etməyimiz üçün bizləri məcbur edəcək. Kainata qulaq verin. Verin ki sonra o sizin haqqınızı versin.