"Əyilməz" olmaq

in Steemit Azerbaijan☪✔3 years ago

Boş boş xəyal qurmağa son qoyun və real məqsədləri önünüzə qoyun. Əyilməz olun və irəli gedin, bir gün məqsədlərinizə çatacaqsınız.
Əyilməz insan çətinlikləri və tənqidi asanlıqla dəf edir, addım-addım güclənir və ən vacib məqsədi unutmur. Bir neçə motivasiyalı fikirləri sizlərə təqdim edirik.

Siz bundan da artığını bacararsınız
İnsan potensialı çox yüksəkdir. Biz daha yaxşı ola bilərik. Daha çox şey əldə edə bilərik. Hər bir kəs qalib ola bilər. Yetər ki, istəyin və nələrə qadir olduğunuzu görəcəksiniz.

Rahatlıq zonasından çıxın
Əksər insanlar tənbəldirlər. Onlar öyrəşdikləri həyat yollarından dönmək istəmirlər. Siz əvvəlki kimi yaşasanız, həyatınızda heç bir dəyişiklik olmayacaq.

Həyatınıza kənardan baxın
Öz potensialınızı reallaşdırmaq istəyrisiniz isə, məqsədləriniz çatmaq üçün daim işləməlisiniz. İnsanlar kənardan özlərinə baxmağa öyrəşməyiblər. Onlar özlərini axına buraxırlar və bir gün başları daşa dəyəndə ayılırlar

Ən yüksəklikləri nişan alın
New York Times qəzeti alpinistə Corc Melloriyə sual verərək, niyə Everstə çıxdığını soruşur və cavabında Everestin olma səbəbini alır.

Yüksək məqsədlər qoyun qarşınızda. Bu məqsədlər sizə xoşbəxtçilik gətirməlidir. Məqsəd sizin hisslərinizə toxunursa effektiv olur. Qalib gəlib-gəlməməyiniz sizdən asılıdır.

Əyilməz olun
Bir günə çempion olmaq olmaz. Bilməlisiniz ki, sizin yolunuzda müxtəlif maneələr olacaq. Onları gözləyin və qarşısında əyilməyin.

Əyilməz insan hər yaşadığı günü dərk edir. O, istədiyi və doğru bildiyi kimi yaşayır. Onun buna kişiliyi çatır. Həyat çətindir və bunu qəbul etmək lazımdır. Burada çətinlik sizin üçün sınaqdır. Daim irəliləyin.
IMG-20210612-WA0086.jpg

IMG-20210612-WA0089.jpg

Sort:  
 3 years ago 

Əgər copy edib bizi aldatmağa çalışırsızsa bu mümükn deyil.

https://idol.az/2016/02/24/eyilmez-olmagin-yollari/

image.png

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60115.50
ETH 3192.77
USDT 1.00
SBD 2.45