Xaricdə yaşayan bəzi yerlilərimiz

in Steemit Azerbaijan☪✔3 years ago

IMG_20211226_140658_049.jpg

IMG_20211226_140657_897.jpg

Sizcə Azərbaycan insanı niyə sağlam təfəkkürə sahib ola bilmir? Bu xalq niyə sivil şəkildə formalaşa bilmir? Niyə bəşəri düşünə bilmir?

Bir çoxunuz deyəcəksiniz ki, təhsil, sistem, idarəçilik.
Axı başqa dövlətlərdə yaşanan etnik azərbaycanlılar da formalaşa bilmir.

Misalüçün Gürcüstanın ən geridə qalmış(təfəkkür baxımından, cəmiyyət baxımından) öz lokal tabuları ilə yaşayan bölgəsi azərbaycanlılar yaşayan yerləridir.
Adicə bir misal çəkim. Gürcüstanda hər seçkidə ən çox saxtakarlığın, min cür fırıldağın yaşayandığı yerlər etnik Azərbaycanlıların yaşayan bölgələr olur. Və ya Rusiyada yaşayan həmyerlilərimiz. Adam 30 ildir orda yaşayır amma bayağılığın, cahilliyin dibindədir. Ukraynada yaşayanlar həmçinin.

Şou-biznesdən misal gətirim. Ümumiyyətlə Azərbaycanda bayağı, ağzı qara müğənnilər Rusiya, Ukrayna bazarına işləyirlər. Yəni o müğənniləri məşhur edən, pul qazandıran orda yaşayan həmyerlilərimizdir.
Siz 1 nəfər səliqəli, akademik, savadlı, zövqlü müğənni görə bilmərsiniz ki, onu Rusiyada yaşayan Azərbaycanlılar toya və ya hər hansı öz məclislərinə dəvət etsinlər.

Axı niyə bizim millət qara-qura işlərə, qara həyata meyillidir. Avropaya köçüb yaşayanların böyük əksəriyyəti debil kimi ömür sürürlər.

Hələ orada-burada öz ölkəsini pisləyib xaricə çıxmağı bacaran insanları demirəm. Ölkəni sevməyən elə insanlar var ki, gedib xaricdə təhsil alıb, universitet bitirib, magistr diplomunu alıb amma oradan bura anasına "Mənə yaxşı qız tap" deyir. Həmçinin qadınları gəlib elə adamla ailə qurur ki, ağzın açıq qalır.

Adam neçə ildir Almaniyada yaşayır hələ də puba, kluba gedən alman qıza fahişə kimi baxır. Hələ də arvadın işləməyə qoymur.

InShot_20211227_123650574.jpg

InShot_20211227_123630778.jpg

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58400.82
ETH 2567.08
USDT 1.00
SBD 2.38