Uşaq yetişdirmək

in Steemit Azerbaijan☪✔3 years ago

IMG-20200926-WA0118.jpg

IMG-20200926-WA0116.jpg

Bu bir az əsəbi bir yazım olacaq. Çünki gördüklərim həqiqətən artıq məni çox doldurub.

Sizin (bəziləri) üçün uşaq insan deyil. Uşağa fərd, şəxsiyyət kimi baxmırsız. Sizin üçün uşaq yerinizi bərkitmək, ərinizi evə bağlamaq, nə bilim filankəsin yanında gözükölgəli olmamaq üçün bir vasitə, alətdir. Əhəmiyyətsiz bir ət-sümük toplusudu uşaq sizin üçün. Sizə maraqlı deyil o uşağın gələcəyi, həyatı, cəmiyyətdə tutacağı yer yaxud bir yer tuta biləcəkmi, hansı psixologiyada böyüyəcək, yaşayacaq. Yaşaya biləcəkmi. Sağlammı olacaq, yoxsa xəstəmi. Təhsili, işi, hobbisi, maraqları. Heç nə maraqlı deyil də sizə. Qətiyyən maraqlı deyil də sizə dünyaya gətirdiyim o insanı böyüdə, ona lazımı sevgini, qayğını göstərə, ürəyi bir şey istəsə ala, bir işə yaxud sənətə yönəlsə maddi, mənəvi dəstək dura biləcəyəmmi? Seçimləri mənim düşüncələrimə əks belə olsa yenə də ona qarşı eyni formada münasibət bəsləyə biləcəyəmmi deyə heç soruşmursuz. Çünki maraqlı deyil sizə.

Kasıbın övladı olmamalıdır deyilmir sizə, amma doğduğunuz uşağa maddi cəhətdən baxa bilmədikdə mənəvi tərəfdən də kömək etmirsiniz. Kiçik uşaqların sizin böyük problemlərini anlamağını istəyirsiniz, nankor görürsünüz. Duyğusuz, əsəbi, aqressiv, əksik uşaqlar yetişdirirsiz onlar da böyüyüb bizim uşaqlarımızın başına oyun açacaq.

Çünki gözünüzdə dünyaya gətirdiyiniz azad bir insan deyil, özünüzə mənəvi kölə dünyaya gətirirsiniz. Sorğulamırsız ki, mən bir insanı, insan kimi böyüdə biləcəyəmmi. Ancaq elə sürü psixologiyası ilə doğub-törəmək istəyirsiz. Daş dövründə yenə məntiqli idi, sürüdə nə qədər sağlam fərd varsa, sürü o qədər güclü idi. Lakin indi daş dövrü deyil, siz də heyvan deyilsiz.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46