"Universitet" forması

in Steemit Azerbaijan☪✔3 years ago

retouch_2021120614034619.jpg

Keçən gün Naxçıvanın təmizliyi haqqınd yazı yazmışdım. İndi isə sizə Naxçıvanda olan başqa qəribə bir qayda ilə tanış edəcəm. Universitetdə forma. Bəli. Burada 3 universitet yerləşir, və 3 universitetində özünə məxsus forması var. Mənim oxuduğum universitetdə qızlarda ağ köynək, qara ətək, bantikdir. Oğlanlarda isə ağ köynək, göy şalvar, göy kastyum və göy qalstukdur. Digər 2 universitetdə də oxşar olsa da fərqliliklər var, məsələn dövlət universitetində qızlar bəzən göy ətək geyinir, oğlanlar qara şalvar geyinir. Onların qalstukları qırmızı rəngdir. Qısaca 3 universitetin forması bir birindən Qalstukları ilə fərqlənir. Biz çəhrayı bantik taxarkən, dövlətin tələbələrinin hamısı qırmızı qalstuk taxır. Müəllimlər universitetində qızlar daha uzun formalı bantik taxır.

Universitetdə forma olduğunu ilk buraya qəbul olduğum il öyrənmişdim. Çox təəccüblənmişdim, çünki orta məktəbi oxuduğum şəhərdə biz məktəbə belə nadirən forma geyinib gedərdik, sərbəst geyimimiz vardı.

İlk zamanlar çox qəribimə gəlsə də, və bəzən çox bezsəm belə bir müddət insanın gözünə xoş gəlməyə başlayır. Bir az maraqlandıqdan sonra öyrəndim ki, burada forma varlı və kasıb təbəqələrin fərqlənməməsi, burada - universitetdə hər kəsin eyni təbəqədə olduqlarını bildirmələri üçün belə seçilib.

PicsArt_10-13-10.16.40.jpg

Sort:  
 3 years ago 

Bütün universitetlərdə olmasını isdiyərdim. Məsuliyyətin ilk addımlarıdı🙂. Dərslərinizdə uğurlar 👍.

Sovet dönəmindədə məktəbli qulluqçu geyiminə bənzər forma geyinirdi.Varlı və kasıb təbəqə fərqlənmirdi ? Fərqlənirdi!

Fərqli olmağa çalışın!

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46