Şükrlə yaşamaq

in Steemit Azerbaijan☪✔3 years ago

20211012_211048.jpg

20211012_210614.jpg

Bu axşam bəlkə bir az qəribə amma mənim bir zamanlar üzərində çox düşündüyüm bir mövzu barədə yazacam. Şükrlə yaşamaq.

Əslində həyatda hər şey müqayisə olunur. Hər şey. Şükr də bir növ müqayisə edilərək olunur. Bizdən daha pis vəziyyətdə olan insanlar, həyatlar üzərində şükrlərimiz vardır. Şükr gözəl bir şeydir, niyə? Çünki insan bəzən həqiqətən çox nankor ola bilir, bizim təbiətimizdə var bu. Və o an gördüyümüz, eşitdiyimiz pis xəbər, pis həyat, aşağı yaşayış anidən bizi şükrə doğru yönəldə bilir.

Məsələn mənim ailəmdən bəzi fərdləri ilə bir az problemlərim olur. Məni başa düşmədiklərini hiss edirəm, həmin an "flankəsin anası/atası/bacısı/qardaşı elə deyil niyə mənimki belədi axı" deyə düşünürəm. Bir yerdə məni başa düşmürlər məsələn, amma tamamilə başqa bir şeydə daima arxamdadılar, yaxud məsələn hara getməyimə, gəlməyimə, fəaliyyətimə qarışmırlar.
Ətrafımda sadəcə çölə çıxa bilmək üçün ailəsiylə qanqaraçılıq salmaq məcburiyyətində olan bir qızla/oğlanla söhbət etdiyim an isə "Çox şükr bəlkə məni anlamırlar amma yaxşı ki bu dərəcə sıxmırlar" deyə düşünürəm.

Yəni əslində şükr elə bir şeydir ki, məndə olmayan (məni anlamayan ailə) başqasında varsa o da mənim üzərimdən şükr edir. Mən hər hansısa bir mühitdə "Ailəmlə heç söhbət edə bilmirəm, çox işləyirlər, məni anlamırlar vs. deyə danışarkən nə bilirəm bəlkə ətrafımdakılardan biri içində "Şükr mənim ailəm məni necə başa düşür" deyə şükr edərək isyan etdiyi şeyin əslində kiçik bir şey olduğunun fərqinə varır.

Düşündükcə özümə də daha qarışıq gəlir. Niyəsə daha çox dərinliyinə belə girə bilərəm, amma sizi yormaq istəmərəm. Mənim dediklərim kiçik misallardı. Orta səviyyədə yaşayan insanlar bərbat şəraitdə yaşayan insanlara baxıb nə şükrlər edir, istədiyi hər şeyə anında sahib ola bilən insanlar bizim kimi ortabab yaşayan insanlar üzərində nə şükrlər edir. Allah bilir.

Qısaca həyatın böyük bir qismi belə qəliz şeylərin üzərində dayanır.

20210910_194702.jpg

Sort:  
 3 years ago 

Allaha hər zaman şükür edirəm

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46