Sosial Fobiya

in Steemit Azerbaijan☪✔3 years ago

retouch_2021122021065135.jpg

Türklərin "Sosial Anksiyete" adlandırdığı bu psixoloji rahatsızlığa biz də Sosial Fobiya da deyilir. Bununla bağlı danışmazdan əvvəl Sosial Fobiya nədir onu izah edim.

Sosial fobiya pozuqluğu sosial mühitlərdə başqaları tərəfindən mənfi qiymətləndirmə nəticəsində yaranan sıx narahatlıq və qorxulu vəziyyətlərdən qaçmaq meyli ilə müəyyən edilə bilən bir narahatlıq pozuqluğudur.

Məktəb zamanlarında çox hiss etməsəm də sonra başqa şəhərə köçmə və universitetə keçiş illərimdə özümdə fərq etdiyim bir narahatlıq vardı. Ailəm, özüm hədsiz utanğaclıq deyə düşünürdük. Bir müddət sonra daha da irərləməyə başladı. Telefona daha bağımlı hala gəlmişdim, mənim üçün insanlarla ekran arxasından danışmaq daha rahat idi.

İlk il universitetdə demək olar heç kimlə yaxın ünsiyyət qurmadım. Çox nadirən çıxıb seminar danışardım və kürsüyə çıxdığım an ciddi mənada qəlb döyüntüm başlayar və soyuq tər axardı üzümdən. Bərabər pul qoyulub nəsə alınsa hamının içində yeməyə utanardım və sairə.

Bəs Sosial Fobiya niyə utancaqlıqla qarışdırılır?
Utancaqlıq - insanın özüylə heç bir problemi olmur, özünə güvəni də yerindədir, inamı da, sadəcə xarakter gərəyi utancaqdır.

Sosial Fobiyada isə fərqlidir. Dəfələrlə dərslərdə bildiyim cavabları sırf deyərəm səhv olar və hər kəs mənə gülər deyə deməmişəm, düz çıxıb və o an gələn heyflik hissi buraya aiddir. Özünü əksik hiss edirsən, inamın olmur və belə olduqca insanlar özü sənə yaxın durmur, insanlar yaxın durmadıqca isə sən daha da tək qalmağa başlayırsan.

Sosial Fobiyanın müalicəsi var, psixoloqla və dərmanlarla daha rahatdır. Mənim psixoloqa getmək və dərman qəbul etmək şansım olmadığı üçün internetdən videolara baxaraq psixoloji cəhətdən toparlanmağa çalışdım. Etməyə qorxduğum şeyləri zorla etməyə başladım və 1 ilə yaxın bu şəkildə davam edərək 80/100% yol qət edə bildim. Hələ də qaldığını bilirəm, müəyyən şəraitə düşəndə yenə o narahatçılıqları keçirirəm. Amma artıq əvvəlki qədər çox pis deyil.

retouch_2021122108435504.jpg

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46