Mən ilk dəfə, siz də ümumi olaraq Steemitə xoş gəldiniz

in Steemit Azerbaijan☪✔3 years ago

IMG_20211014_205204_883.jpg
Mən Alsu. İndidən bildirim, birazcıq uzun yaza bilərəm :D
21 yaşım var, Naxçıvan Universitetində II kurs tələbəsiyəm. Əslən Şəkiliyəm. Universitetə 2 il gec qəbul olmuşam və əvvəllər "Camaat 23 yaşda magistr bitirir, mən hələ universitet bitirəcəm, 2 il geridəyəm" deyib özümü yorsam da yaşa dolduqca artıq "Oxumaqdan başqa planım yoxdu ki onsuz, oxuyub bitirəcəm heç nə olmaz" deyirəm. Naxçıvanda ilk başlar bir Şəkili kimi çətinlik çəksəm də bir müddət sonra bu yadlıq hissi də keçib getdi, yəni 3 ildi artıq Naxçıvan vətəndaşıyam. Realda çox utancaq və çəkincən olsam da virtualdan, əsas da sosial şəbəkələrdən çox aktiv istifadə edirəm və xeyli aktiv hesablarım var, çox sevirəm istifadə etməyi. Yazmaq da sevdiyim hobbilərdən biridir. Özüm üçün tez-tez yazan bir insanam. Ən böyük hobbim isə stol üstü tennis oynamaqdır. Uşaqlıqdan oynayıram və xeyli tutduğum yerlər var. Naxçıvanda da oynamağa davam edirəm. Və ən əsas hissə - mənim üçün ən böyük dəyər il ötdükcə hər il, əsas da gənclik illərində çox gözəl xatirələr və təcrübələr toplamaqdı. Naxçıvanda bir çox yerlərdə könüllü olmuşam, ola biləcək hər təlimlərdə, tədbirlərdə iştirak etmişəm. Ünsiyyət problemim var amma özümü o lahiyədən bu tədbirə, o tədbirdən bu müzakirələrə vurmuşam və çox gözəl xatirələr, təcrübələr qazanmışam, hələ də davam edirəm. İndi artıq düşünürəm Naxçıvandan kənara çıxım və belə bir saytda da özüm üçün təcrübə qazanım. Oxuduğunuz üçün çox sağ olun ♡
retouch_2021111216473026.jpg

Sort:  
 3 years ago 

Bizə qoşulduğunuz üçün təşəkkürlər. Uğurlar arzulayıram.

 3 years ago 

Topluluğumuza xoş gəldin, Alsu.
Steemit yolun uğurlu olsun! 😊

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59708.78
ETH 3185.76
USDT 1.00
SBD 2.45