Heyvan bəsləmək

in Steemit Azerbaijan☪✔3 years ago

20200418_174013-01.jpeg

IMG-20200523-WA0014.jpg

Sizə insana özünü yaxşı hiss etdirən ən gözəl şeylərdən birini yazmaq istəyirəm. Heyvan sahiblənmək, heyvan bəsləmək.
3 ildir evimdə 7ə yaxın pişik və tutuquşu saxlamışam. Əslində əlimdə olsa başqa heyvanlar da bəsləyə bilərəm amma bina evində III mərtəbədə yaşadığım üçün bu bir az çətindi. Amma buna rəğmən sahiblənə bildiklərimi götürmüşəm, saxlamışam. Normalda qışda xəstə, ac olanları alıb saxlayır, sağaldır yayda isə yenidən binanın həyətinə buraxıram. Binamız elə bir yerdir ki, həyətindən heç bir heyvanı qovmurlar, yemək verilir, baxılır. Amma qışda çox soyuq olur onlara. Hal hazırda 2 pişiyim, 2 tutuquşum var. Heyvan sahiblənməyin gözəl tərəfləri nədir?

  1. Bir cana ev, ailə vermiş olursunuz.
  2. Səhər oyananda yanağınızın ya da əlinizin altında hətta bəzən üzünüzün üstündə pofuduk bir minnoş canlı görürsünüz
  3. Dərsdən, işdən evə gələndə önüzə qaçan biri olur
  4. Ürəyiniz sıxılanda oynada bilirsiniz, özləri oynayanda çox şirin olurlar, oturub izləyə bilirsiniz.

Təbii ki, heyvan sahiblənəndə məsuliyyətini bilərək saxlamaq lazımdır. Yəni mən oynatmaq istəyirəm, heyvanım olsun deyə alıb baxımına fikir verməmək həm onlara haqsızlıq, həm də günahdır. Dərmanları verilməli, vaxtı vaxtında baytara aparılmalı, düzgün qidalandırılmalıdır. Heyvanlar həqiqətən bu dünyada Allahın səssiz qullarıdır. Və çox sadiq olurlar...

20210926_204151.jpg

IMG_20210818_155056_397.webp

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46