Gənc yaşlarda vacib olan şeylər

in Steemit Azerbaijan☪✔3 years ago

BeautyPlus_20211218182846677_save.jpg

BeautyPlus_20211218182546478_save.jpg

Atam həmişə deyərdi ki, "Nə qədər gəncsən pul qazanmaq həvəsinə erkən düşmə. Heç kimin sözüylə oturub durma, gəz, gör, işlə pul da qazan amma hələki əsas missiyan təcrübə yığmaq olsun". Mən bunu bir az gec başa düşdüm. Məktəbi bitirənə qədər məktəbdən başqa bir həyat fəaliyyətim olmadı, nə özümü inkişaf etdirdim, nə bir şeylər üzərində çalışdım. Nə zaman ki, gəldim fərqli bir mühitə düşdüm, o zaman anladım. Geri düşdüyüm üçünsə artıq ətrafımdakılardan daha çox çalışmağım lazım oldu. Və çox zaman bacardığımın fərqinə vardım..

Gənc yaşlarda yaşamaq, bir şeylərə başlamaq, maraqlanmaq, insanlar tanımaq, gəzmək, görmək, mühitlərə girib çıxmaq o qədər gözəl bir şeydir ki. O qədər xatırlanacaq gözəl xatirələrin, təcrübələrin olur ki. Məsələn biz indi gənc qızlarıq, yəqin ki, zamanı gələndə hər birimizin ailəsi olacaq, amma bu yaşlarını oğlanlara, ailəyə fəda edən o qədər qız var ki.
Bilmirəm, heç kimin seçim haqqına qarışmaq olmaz amma mən 20 il sonra da seçə biləcəyi bir şeçimi indidən seçib, bu yaşlarında yaşaya biləcəyi gözəllikləri göz ardı edərək 20 il sonra yaşaya bilməyəcək insanlar üçün bir az üzülürəm.

Və indiki zamanədə pul hər şeydir, amma çox təcrübə pulla alına bilməyəcək dəyərlərin olduğunu insana öyrədir. İnsan öz gücünü təcrübələrlə qazanır, daha sonra həmin təcrübələrin onu bir müddət sonra yaxşı qazanca aparacağını bilir. Özünə inanır.

Mənə elə gəlir ki, bu saat qazandığım pulu beynimə yatırmaq ən məntiqlisidir. Alacağım əşyalar, ev, maşın, mobilyalar sanki bir yerdə durmaqdan, bir yerə bəzək verməkdən başqa mənə bir fayda verməyəcək. Artıq qocaldığım zaman, yaşım bir az ötdükdən sonra mebel üzərində duran bir heykəl mənə bir az həzz verməyə başlayacaq, aldığım maşın artıq gəncliyimdəki qədər aktiv ola bilmədiyim üçün bir yerə çatmağıma kömək edəcək, aldığım ev heç kəsə yük olmadan yaşamağım üçün lazım olacaq.

Gəncliyində yaşaya bilmədiyi, vaxtında üzərində çalışmadığı şeylər üçün o qədər peşman olan insan var ki. Mən peşman olmaq istəmirəm.

IMG_20211219_092750_943.jpg

IMG_20211219_092708_688.jpg

Sort:  
 3 years ago 

diir ki; bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var. və heç bir işə cəsarət etmədiyini, yağışın altında tanqo oynamadığını, binanın başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını, tanımadığın o insanlar, boş keçirdiyin o günlər.. daha daha nələr ürəyini parçalayacaq. və bunun olmasına icazə vermə.. yazını çox bəyəndimm, buna aid kiçik bir sözdə yazmaq istədim 🤗💘.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46