Gəlincik oynadan gəlinlər

in Steemit Azerbaijan☪✔3 years ago

cocukgelin2.jpg
Link to photo

3 gün əvvəl hələ əlində gəlincik, kitab olması gərəkən bir qız yenə ərə verildi, nişan edildi ona. Bəlkə də qız elə bilir ki, bu yaxşı bir şeydir. Elə bilir, bütün evlilik həyatı belə şənlənməkdən, qonaqlıqdan, musiqidən ibarət olacaq. Ona görə ki, gözlərini açandan ən böyük uğurun ərə getmək olduğunu eşidib, bunu böyük bir xoşbəxtlik hesab edir. Ona görə ki, ömründə bəlkə də birinci dəfədir onu adam yerinə qoyurlar, əzizləyirlər, saçına tumar çəkirlər, başda otuzdururlar.

Bəlkə ömründə ilk dəfədir ki, əyninə təzə paltar alırlar. Bəlkə ömründə ilk dəfədir ki, valdeyinləri onunla şirin dillə danışır. Bəlkə ömründə ilk dəfədir ki, səhər açılandan axşama kimi torpaqla, mal-qara ilə, ev işi ilə əlləşməli deyil.

FB_IMG_1640763964849.jpg
Link to photo

Elə bilir ki, bütün evililik belə olacaq. Diqqət mərkəzində olacaq, əzizlənəcək, qayğı görəcək.
Bir azdan ömürlük zorlanmaya, ağır zəhmətə, erkən doğuşa, canını tapacaq min cür xəstəliklərə, belini əyəcək ev, həyət, bostan yükünə məruz qalacağından xəbərsizdir.

O ki qaldi, "sizə nə"sinə. Doğrudan anlamırsız ki, azyaşlıları evləndirəcək beyində olan insanlar toplum üçün, ətrafları üçün, elə sizin üçün də təhlükəlidir? Belə əxlaq sahibləri ilə qonşu, iş yoldaşı, eyni ölkənin vətəndaşı olmaq sizə real təhlükədir, anlamırsız?

Belə adamlar sabah sizin azyaşlı qızınızı ogurlayar, deyər "adətdir də, qaçırmışıq, oğluma gəlin alırıq". Belə əxlaqda adamlar sabah sizin azyaşlı qızınızı oğurlayan adama ev sahibliyi edər, deyər "evimə qız qaçırıblar, gələcək ailəyə kömək edirəm".

cocuk-gelinler-yazi-dizimiz-basliyor.jpg
Link to photo

Sort:  
 3 years ago 

Valideyinlər həbs olunmalıdır.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46