Dünyadakı ən yaxşı ataya sahib olduğunu sanmaq

in Steemit Azerbaijan☪✔3 years ago

IMG_20210809_185435_553.webp

Bəlkə də bir qız üçün həyatı boyu hiss edəcəyi ən gözəl duyğulardan biridir. Bəli, əsas da bir qız üçün. Mən ətrafımda ata sevgisindən uzaq olan, atasıyla münasibəti yaxşı olmayan 90% qızların hər daim bir əksiklik hiss etdiklərini, çox səhvlərə yol açdıqlarını, o sevgini axtararkən yanlış yerlərə getdiklərini dinləmişəm. Bəlkə də, mənim Dünyadakı ən yaxşı ataya sahibmişəm kimi hiss etməyim həyatımın ən böyük şansıdır. Çünki insan öz valideynlərini, atasını seçə bilmir.

Çox qız uşağı anası ilə daha yaxın olarkən mən ən çox atamla yaxın olmuşam. Atam ibtidai sinif müəllimi olub, və uşaqla, insanlarla ünsiyyət üzrə çox yaxşı psixoloqdu. Və övlad böyütməklə bağlı çox güclü bir psixologiyaya sahibdi. Əsas da qız uşağını yetişdirmək barədə.

Ərgənlik yaşlarıma girərkən atam tez tez mənə güllər alıb gətirərdi. Hədiyyələr alardı, dəyər verərdi. Böyüdükcə anlamışdım ki, atam bunları artıq həyata atılarkən bir oğlan bunları etsə bu mənə adi gəlsin deyə edirdi. Könlümü almaq bu qədər asan olmasın, yaxud belə şeylərlə məni aldada bilməsinlər

Xatırlayıram məktəb vaxtı kiminsə məndən xoşu gəlsə ilk qaçıb atama deyirdim. Məzəyə salıb gülürdük, danışırdıq amma nə edəcəyimi, dərslərə fikir verməyimin gərəkdiyini və bu kimi məsləhətlər verirdi.

19 yaşımda aşiq olanda da atam yanımda idi. Sevgili olduq və ilk atam bildi, arxamda durdu. Bu müddətdə ondan uzaqda yaşayırdım, indi də yaşayıram. Amma uzaqda olsa belə həmişə yanımda olduğunu hiss etdirirdi. Sözləndim, və bir müddət sonra münasibəti bitirmək qərarına gəldim. Anam bir qədər qınasa belə yenə ən böyük dəstəkcim o idi. Hansı qərarı verəcəyimdən asılı olmayaraq yanımda olacağını demişdi.

Bu sadaladıqlarım və buna bənzər şeylər qız uşağını "öz başına" buraxmaq deyil. Atam sayəsində hər səhfimdən dərs çıxara bilib, artıq o səhvi təkrarlamamışam. 20 yaşım var və artıq bu yaşda məni ən yaxşı zirvəyə aparacaq yolumu tutmuşam, onun üçün çalışıram.

Bir səhv etsəm yenə arxamda, yanımda onun olacağını bilməyimə rəğmən artıq bəzi səhvləri təkrarlamıram. Atam bir qız uşağını ən mükəmməl yolla böyütməyin yolunu bilib, və bizdə tədbiq edib.

Özüm belə bəzən bu tarazlığı necə qoruyub, necə edib bilmirəm. Amma bildiyim bir şey var ki, həqiqətən özümü çox şanslı hiss edirəm bu cəhətdən.

BeautyPlus_20210709185949981_save.jpg

Sort:  
 3 years ago 

çox şanslısan 🧡 duyğulandm )) 🤗

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46