Döyülmək

in Steemit Azerbaijan☪✔3 years ago

20210512_191058.jpg

Gənc yaşlarda "döyülmək" sənə nə hiss etdirərdi?
Mən heç vaxt fikrini ictimaiyyət qarşısında söyləyə bilməyən, hətta sinif ortasında dərs danışarkən utanc hissi keçirən və sürətlə döyünən ürəyə sahib bir insan idim. Müəllimim bir dəfə bunun ailə yaxud uşaqlıqdan gəncliyə qədər gələn bir pisxologiyayla əlaqəli olduğunu dedi. Orada illərlə özümə verməkdən qorxduğum sualın cavabını aldım. Ümumiyyətlə, fiziki şiddəti nadir hallarda, psixoloji şiddəti daha çox görmüşəm.
20 və ya gənc yaşlarda döyülsən nə hiss edirsən?

  1. Əvvəlcə bunun "balaca ikən sözə baxmadığın üçün tənbeh edilib, döyülmək" kimi bir şey olmadığını dərk edə bilirsən.
  2. Şəhərdə, universitetdə, kollektivdə gəzərkən istər istəməz gözün ancaq öz yaşıdlarında olur və özünə maraqlı gəlir "bu yaşlarda məndən başqa kimsə döyülübmü?"
  3. Özünü daha bədbəxt hiss edirsən. Amma həmişə belə hiss edirsən. Hər yerdə, hər zaman.
  4. Ən yaxınında olan bəzi insanlar sənə təhəmmül edə bilmədiklərini dediyi üçün ətrafında bəlkə üzünə gülən insanların belə səni həqiqətən sevə biləcəyi ehtimalına inanmırsan.
  5. Əksik olursan. Daha çox yazıq mənasında əksik. Bir yerə girəndə hamının fikri səndə imiş, hamı sənə baxırmış kimi, amma bir yandan da kimsənin fikrinin səndə olması üçün bir şeyə sahib olmadığını bildiyin bir qarışığa girirsən.

20210821_183048.jpg

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46