Bir bir süfrədən əksilir dostlar

in Steemit Azerbaijan☪✔3 years ago

WhatsApp Image 2020-05-08 at 17.36.57.jpeg

Həyatımızın bəzi nöqtələrində bir anda hər hansısa bir mühitə düşürük. Məktəb, universitet, təşkilatlar, fondlar və sairə. Çox insanla tanış oluruq, hamı bir birini tanıyır, hamı bir şeylər bölüşür, tez tez görüşülür, planlar edilir, sevgilər yaranır, o mühitdən ən yaxın dostlar edilir və sairə. Hər şeyin əvvəli mükəmməl olur.

Lakin zaman keçdikcə ələkdən keçirilir hər kəs. Hamı bir birini daha yaxından tanıdıqca münasibət dəyişir. Dostluq bitmir bəlkə də amma məsafə qavramında çox dəyişiklik olunur. Uzaq ya da daha yaxın olunur.

Artıq o mühitdən bir bir insanlar əksilməyə başlayır. Hər kəs öz həyatını xatırlayır, münasibət qurur kimisi, kimisi iş qurur, özünü işinə verir və sairə. Rastlaşdıqca bir salam mütləq verilir, hal əhval tutulur amma içində daima "Nə günlər idi" cümləsinin yeri olur.

Hələ sonra bir gün o mühitdən olan bir neçə insan arasında çox ciddi davaların olduğunu öyrənirsən. Daima yaxın gördüyün, qardaş kimi görünən o insanların bu gün bir birlərinə bu qədər nifrət etməsi, birinin digərinin arxasından vurması, yalan danışması insana çox qəribə hiss etdirir.

Deyəsən böyümək də yaşamaq da belə bir şeydir. 30-35 nəfərin olduğu o mühitdən sənə 10-15 salam kəlam etdiyin insanlar və indi ən yaxın dostun olan 1, 2 nəfər qalır.

Artıq nə qədər istəsən də o zamanlara dönə bilməyəcəyini bilirsən. Bilirsən ki indi heç nə əvvəlki kimi olmayacaq, sonra isə indiki kimi olmayacaq...

1601200157392.jpg

Sort:  
 3 years ago 

He həyatın qanunu belədir Alsu xanım bir vaxt görürük ki yanımızda heç kim qalmıyıb

O zamana dönə bilməsək də onların bizlərə qatdığı çox şeylər var. ❤️

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46