Bəzən getmək daha yaxşı səslənir.

in Steemit Azerbaijan☪✔3 years ago

Remini20210914152544529-01.jpeg
Tez-tez fikirləşirəm ki, tüpürüb dabana getmək lazımdı burdan. Elə bir şey yoxdu ki, baxıb iki dəqiqə fikirləşib, ruh düşkünlüyü yaşamayasan, əhvalın korlanmaya. Haqq da verirəm özümə. Sonra deyirəm ki "Tutaq ki, getdin, elə bilirsən düzələcək ölkəndə nəsə? Təcavüz olmayacaq? Yaxud erkən nikah? Təhsil inkişaf edəcək ki, getsən? Yenə hardasa bir uşaq ac gecələməyəcək? Hansısa sahibkar yenə işçisini daha az maaşla, daha artıq işlətməyəcək? Sadəcə xəbərsiz olacaqsan da"
Bu dəqiqə yeni doğulmuş uşaq kimi ağ kağız olmaq üçün hər şeyimdən keçərdim. Arabir qurduğum ütopik dünyama pənah gətirin. Sonra deyirlər gerçəyi görmürsən. Niyə görüm ki? Gördükcə, daha da əhvalım korlanır, əlimdə deyil e, baş verən hər şeyin cəzasını emosiolarımla ödəyirəm. Haqqında narahat olduqlarımın heç bu veclərinə də deyil, çünki heç bir şeyi dəyişməyə belə cəhd eləmirlər.

Sort:  
 3 years ago (edited)

Doğrudur sən hara gedirsən get düşüncələrindəki səninlədi,hardasa yenə düşünüb üreyivi bulandıracaq

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 59425.55
ETH 2345.78
USDT 1.00
SBD 2.44