Acı təcrübə

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

InShot_20211225_184657099.jpg

InShot_20211225_184726685.jpg

Bu gün steemitdə bir az özümdən daha təcrübəli insanlar üçün ərgəncə görürən amma yetişmə çağında ikən özümə bir xeyli yol qət etdiyimi hiss etdirən bir hissimi bölüşmək istəyirəm. Çünki burada yazmaq mənə çox rahat hiss etdirir, illər sonra belə girib bu platformada bu yazılarımı "Cavanlığım" deyə xatırlayacağım zananları düşünürəm. Keçim yazıma...

Həyat həqiqətən insana özünün bir çox üzünü göstərə bilir. Ən çətin vəziyyətimdə, günümdə o mənə kürəyini söykənməm üçün çevirəndə geri çəkilə bilməmişdim. Həqiqətən hər şeyi əl birliyi ilə keçirə biləcəyimi sanmışdım, bel bağlamışdım.

Daha öz yüklərimi ata bilməmişkən dincəlmək üçün söykəndiyim kürəydə olan yüklərə ortaq olmuşdum, onları da götürmüşdüm. Həyat insanın qarşısına "bunun üçün dəyər" deyə düşündüyün insanlar çıxara bilir. Aşiq ola bilirsən, hər yerə, hər şeyə, hər kəsə elan etməyə hazır görə bilirsən özünü. Yaralarını sara bilən insana o yaranı yenidən qanatmaq üçün bir hüquq vermişəm demək.

Bütün əməklərim, verdiklərim, əziyyətim yerdə qalsa da, onunla bağlı indi üzərimə gəlinsə də, yeni insanlarla həyatına rahat davam edərək məni utandırsa da başqalarının qarşısında, mən onu düşünmürəm, mən o günlərlə bu günümü müqayisə edirəm ancaq, çünki özümü çox yerdə itirsəm də, görülməsəm də heç vaxt sıradan hiss etməzdim. Hisslərimi isə sıradan insanların əlinə verəcəyimə əsla inanmazdım.

Bəzi səhvlər insanda illərlə yerini bərk saxlayar, bu insan sənin çarəndi deyə düşünərsən amma gün də gələr o insanın açdığı ən böyük izləri ən sıradan insan belə qapada bilər. Mənim bir belə münasibətdən çıxardığım tək dərslərdən biri, qarşındakı mükəmməl olmasa belə onu elə göstərə bilirsən, amma zibil çöplüyə də atsan orada zibildir, evdə ən komfortlu mebelin üzərinə də qoysan zibildir.

BeautyPlus_20211225183406365_save.jpg

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59634.42
ETH 3191.92
USDT 1.00
SBD 2.45