Allah insana daşıya bilməyəcəyi yükü verməz..

in Steemit Azerbaijan☪✔3 years ago

IMG_20211214_182435_573.jpg

Bu sözü çox yerdə, çox insanın ağzından eşitmiş olarsınız. Allah bizə daşıya bilməyəcəyimiz yükü vermirsə bəs insanlar niyə intihar edir?
Çünki insan öz gücünü özü əldən salır. Balaca bir stolu hər kəs qaldırar, sən də, mən də. Amma mən özümü susuz buraxıram, ac buraxıram, qırx gün, əlli gün düzgün yemirəm bir də üzərinə sağlamlığımı pozacaq şeylərlə özümü doldururam. Zəifləyib, gücdən düşürəm və balaca bir stulu belə qaldıra bilməyəcək vəziyyətə gəlirəm. Bəlkə Allah mənə həqiqətən daşıyacağım yükləri verir, amma mən özümü ən kiçik çətinliyi belə keçə bilməyəcək vəziyyətə sala bilirəm.

İndi 5 ay, 7 ay əvvəl oturub gözlərim qan çanağına dönəcək qədər ağladığım, ürəyimin 1 ay əsməsinə səbəb olacaq qədər stress keçirdiyim günləri düşünəndə "əslində yaxşı ki, yaşanıb" deyirəm. Yaxşı ki, gözüm daha tez açılır, yaxşı ki daha tez fərqindəlik öyrənirəm. Keçməz dediyim o qədər şey keçib ki, və çox çətinliklərimin olmasına rəğmən həqiqətən altından çıxa bilməyəcəyim yüklərimin olduğuna inanmıram artıq...

IMG_20211214_182435_694.jpg

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58334.82
ETH 2595.71
USDT 1.00
SBD 2.40