Yuxusuzluğun fəsadları... ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam. Gününüz necə keçir? Keçən 2 günümü danışım sizə bu dəfə. Deməli o gün Yevlaxdan Bakıya qayıdırdım. Gecə 1 saat yatdığıma görə çox yuxulu idim. Normalda ya nəyəsə baxıram ya mahnıya qulaq asıram ya da az hallarda kitab oxuyuram. Səhər 5in yarsı çıxdığıma görə qaranlıq olur kitab oxumaq çox da alınmır. Bu dəfə bunları eləyə bilmədim eləcə oturdum yola baxdım. Hər dəfə yol gələndə Günəşin doğmasını izləməyi çox sevirəm. Ancaq həmin gün hava buludlu oldu görə bilmədim( Gedəcəyim yerə çatdıqda avtobusdan düşdüm sonra yadıma düşdü ki, kompüterim avtobusda qalıb. Yaxşı ki avtobus həmin gün də Yevlaxa qayıdır zəng vurub şoferə xəbər verdim ki, qayıdanda götürüm.

IMG_20220218_002652.jpg

Evə gəlib əşyalarımı yerləşdirdikdən sonra dərsə gedəcəkdim,1ci saatın dərsinə onsuz ki qb almışdım dedim heç olmaya digər 2 dərsə almayım qb ancaq kompüterimi unutmağım buna imkan vermədi( Bu hadisə tətildə Yevlaxa gedəndə də oldu, qayıdanda da. Evdəkilərə xəbər vermədim ki, sonra danlamasınlar😅 Ancaq yenə də xəbərləri oldu😅 Mən də daha bunu fürsətə çevirib həmin gün evdə oldum ancaq yaxşıca yatdım yuxumu aldım. Bizdə dərslər həm online həm offline ikisi birlikdə olduğuna görə bu gün dərsə getməli deyildim,online daxil oldum.

IMG_20220218_002819.jpg

Etməyə heç nə yox idi deyə günorta həyətə düşməyə qərar verdim, demək olar ki uzun müddətdir ki gəzmirdim. Mağazaları gəzdim yeni nələr gəlib baxdım. Həmişəki kimi nə isə almağa qərar verə bilmədim. Biraz gəzib axşam evə qayıtdım, sonrası isə ancaq telefonda oturmaq oldu işim) Beləcə 2 günüm də belə sonlandı.

Sort:  
 3 years ago 

yuxusuzluğun nəticələridi, olan şeydi dərd eləmə😂😂

 3 years ago 

Daha sənsən da yaxşı 😅

 3 years ago 

Yuxusuzluq məndə imtahan vaxtı qalmışdım ama nəticəsi gözəl oldu

 3 years ago 

əslində ziyandı :)

 3 years ago 

Ziyandır ama imtahan nəticələri 100 bal olanda her şey yaddan cixir

 3 years ago 

düzdü ama hamıya sizin kimi müsbət təsir göstəmir məsələn mən imtahana səhərə kimi oxuyub gedə bilmərəm mütləq 1 saat belə olsa yatmalıyam

Sən oyaq olanda da çox fərq olmur ki😄

 3 years ago 

Ehhh

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68227.33
ETH 2646.21
USDT 1.00
SBD 2.70