Yorğunluq.||#club5050

in Steemit Azerbaijan☪✔2 years ago

Bəzən insan yorulur. Amma fiziki cəhətdən deyil,zehnən,ruhən yorulur. Ən əsası da düşüncələri yorulur. Düşüncələri deyildə,bəlkə də, düşündükləri ona yorğunluq verir.Çox maraqlıdır,yaşayırıq bəli amma hamımız öz həyatımızı unutmuşuq. Həyat dediyimiz o şeyin nə olduğu artıq heç kimi maraqlandırmır. Həyat,həqiqətən sən nəsən?

IMG_20220202_205358_438.jpg

Hər kəsin yaşamında fərqli təzahürmü edirsən? Məncə səni biz özümüz formalaşdırırıq- yaşadıqlarımızla,yaşatdıqlarımızla. Amma ən yaxşı necə olardı bilirsən? Sadəcə öz həyatımıza diqqət yetirsə idik,kitablar,musiqilər,filmlr,zarafatlardan qoysaydıq onun təməlini,sadəcə bu günü yaşayıb,onun həzzini ala bilsəydik,dünəni unudub sabahı fikirləşməsə idik,başqalarının həyatına öz fikirlərimizlə müdaxilə etməsə idik,bütün həyatımızı bir qayəyə bağlayıb durmasa idik, mərhəmət,sevgi dolu yaşasaydıq bax mən onda deyərdim buna- həyat.

IMG_20220202_205123_717.jpg

Düşüncələr içində yox olub getmiş,ruhən yorulmuş, yaşama olan istəyimizi itirərək yaşadığımız günlər həyat deyil,o sadə bizə bəxş edilən hər bir sabahı gecə ilə nöqtələndirməkdir.
Amma belə etmək daha çətindir. Bəzən özümüzü,öz həyatımızı unudub başqa həyatlar içində var oluruq. Lazımından artıq yüklənir nəfəs belə aldığımızı unudub,hər dəfə güləndə onu sonlandırmaq üçün iç səsimizə qulaq asdığımız günlər,hər sevincin ardından gələn kədərdəm bəhs edən fikirlər bir həyat içinə bunları sığdıra bilərmi? Bəlkə həyat bunları içinə sığdırar,amma bəs insan həyatı içinə sığdırarmı? Hər şeyin yaxşı olacağına inanmaqmı,yoxsa hər şeyi olduğu kimi qəbul etməkmi? Hansı daha asandır ya da insan hansını etsə o əsl həyatı yaşamış olar? Həyatı suallarlamı doldurmalı yoxsa sualların cavabını ondamı axtarmalı?

Sort:  

Bu post @steemit.student tərəfindən dəstəklənmişdir. Təşəkkürlər.

 2 years ago 

Düşüncələri yorulur -cümləsi əsl məni ifadə edir . Çox əla postdur

 2 years ago 

Təəssüf. Təşəkkürlər)

@almazz, təbriklər.
JvFFVmatwWHRfvmtd53nmEJ94xpKydwmbSC5H5svBACH81bMpVVDSWNPLjkeb25kf46u8fNhr1gt1PEuTrXSWEBicy9wsPgWb1W1H7MyPZTRtKUiFqhELSQJy1vvFpykzEV2uCuUcW.png

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 65248.25
ETH 3471.40
USDT 1.00
SBD 2.51