Bu şəhərdə kimsə yoxdur... ||#club5050

in Steemit Azerbaijan☪✔2 years ago

Salamlar. Bu gün sizinlə bir müddət öncə oxuduğum kitabdan bir fikri bölüşmək istəyirəm. Rövşən Abdullayevin "Bu şəhərdə kimsə yoxdur" kitabını oxumuş ya da eşitmiş olarsınız. Bu kitab mənə dərin təəssüratlar bağışlayan kitablardan biridir. Sonda kədərli bir təbəssüm buraxmışdı üzümdə. Bölüşmək istədiyim fikirlər isə bunlardır.

-"Niyə fikirlərini,talelərini dəyişmək istəyirik ki, bir insanın? Belə ki insan bütün xətaları,günahları və gözəl işləri ilə birgə insandır."
IMG_20220228_011810.jpg
Çox doğru bir düşüncə deyilmi? Qarşımızdakının düşüncələrini dəyişmək və yaxud təsir etmək nə qədər doğrudur? Onu o edən yanlış,doğru fərq etməyərək elə irəli sürdüyü fikirlər deyilmi?
Ən azından öz adıma bunları deyə bilərəm ki, ətrafıma aldığım,yanımda olan birini olduğu kimi qəbul etməyə çalışıram.
IMG_20220228_011723.jpg
Bir insanı etdiyi səhvlərə görə qınamaq nə qədər düzgündür? Əgər kimisə var olduğu kimi qəbul edə bilməyib,onu dəyişdirmək yerinə həyatımızda yer verməsək daha doğru olmazmı? Siz necə düşünürsünüz bəs bu barədə steemitçilər?

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59466.22
ETH 2616.54
USDT 1.00
SBD 2.44