BCI-Brain-Computer interfaces ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salamlar. Bu gün sizə əvvəl dərsdə keçdiyimiz mövzudan danışmaq istəyirəm- BCI, beyin kompüter interfeysi. Deməli keçdiyimiz ildə Elon Musk bizim unutduğumuz xatirələrimizi saxlayıb, qoruya biləcək beyin çipi yaradır. Bu beyin çipi, beyin kompüter interfeysi texnologiyasına böyük nümunə kimi göstərilir. Əslində BCI uzun müddətdir ki var və tezliklə bizim həyatımızın bir hissəsinə çevrilə bilər.
BCI- beyinlə elektron cihazlar arasındakı əlaqəni təmin edən sistemdir. Belə ki, beyindən gələn siqnallar ilə kompüteri birləşdirir. Həmçinin 2 cür BCI cihazları mövcuddur. Birinci növ cihazlar neyrolink çipi kimidir, bunu əməliyyat vasitəsilə beynə yerləşdirmək olur, ikinci növdə başa toxigenic cihazlar vasitəsilə yerləşdirilir.

IMG-20220213-WA0038.jpg

İlk BCI cihazları hələ 1990-cı illərdə ortaya çıxmışdır. Lakin hal-hazırda bu sahədə daha böyük irəliləyişlər var. Ən mühim cihaz- beyin çipini Elon Musk donuzlara yerləşdirib çıxarmaqla təhlükəsiz olduğunu hər kəsə göstərmişdir. Bu da ona gətirib çıxarır ki, bu cihaz insanlar üçün də eynilə təhlükəsizdir. Musk, Neuralink'in xatirələrinizi buluddakı sənədlər kimi saxlaya biləcəyini iddia edib. Həmçinin bunlar eyni zamanda əzələ-skelet sistemi zədəli olan insanlara elektron cihazları əlsiz idarə etmələrini təmin edə bilər. Neuralink fiziki cəhətdən təhlükəsiz görsənə bilər. Ancaq rəqəmsal cəhətdən bu elə deyil. Burada məlumat sızması kimi hadisələrlə qarşılaşmaq olar. Yəni deyilirsə ki, bu çip bizim xatirələrimizi buludda sənəd halında saxlayacaq, hər hansı bir insan onları əldə edə bilər.

IMG_20220213_152630.jpg

Həmçinin BCI nəticəsində insanlar arasında haqsız üstünlüklər də yaranar. Belə ki çipdən istifadə edə bilən insanla etməyən insanın qabiliyyəti arasında böyük fərq olacaq. Bu da insanlar arası xaosun əmələ gəlməsinə səbəb olacaq.
Gələcəkdə bu cür texnologiya insanlığı heç ağlımıza gətirmədiyiniz zirvələrə apara bilər. Bəs siz necə əgər gələcəkdə hər kəsin çiplənə bilmə ehtimalı olsa buna razı olardınızmı? Mən böyük ehtimalla olardım) niyə də yox, elə deyilmi?

Sort:  

Nice post keep it up.
if you haven't receive 100 STEEM than vote Lyon89 for witness
He is my friend so i am vouching for him
Vote Here for Lyon89 and get 100 STEEM

Çip texnologiyası yaranıb bizin ölkəyə çatması uzun vaxt aparacaq,ona qədər də mən 100 fikir dəyişəcəm amma böyük ehtimalla razı olmazdım

 3 years ago 

Mən səni razı salaram birlikdə çiplənərik

 3 years ago 

Düzünə qalsa əgər ortada məlumatlarımın sızması və onu istifadə edə bilməyib geri qalma ehtimalım varsa, bu riskə girməzdim. Nə gərək var belə şeylərə, elə deyilmi? Mən ehtimalki razı olmazdım belə şeylər insan ömrünü qısaldır birdə görəcəyik ən gec ölən insanların yaşı max 30 40dı😄Nəysə aa haralara getdim mən. Nəysəki mən istəməzdim məncə belə yaxşıyıq))

 3 years ago 

Çox böyük iş adamı olsam məlumatlarımın sızmasını mən də istəmərəm hə ahhah

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59466.22
ETH 2616.54
USDT 1.00
SBD 2.44