Sumqayıt
Hər vaxtınız xeyirli olsun.
Sumqayıt Azərbaycanın gözəl şəhərlərindən biridir. Sumqayıt şəhəri 1949-cu ildə yaranıb. İlk bünövrəsini alman əsirləri qoyub deyirlər, lakin qədimdən burda yaşayanlar olub. Tanıdığımız dəniz kənarı parkda bağlar olub.
Sumqayıt "su qayıtdı" kəlməsindən yaranmışdır. Belə ki, Bakı şəhərinə su çəkiləndə, şəhər yuksəklikdə olduğuna görə su dala qayıdır. Orda olan adamlar qışqırmağa başlayır ki, su qayıtdı, su qayıtdı. Su gəlib indiki H. Zeynalabdin qəsəbəsində qayanır. Orda nasoslar vasitəsilə suyu vururlar. "Nasosnu"nun
adı da ordan yaranır. Sonralar isə H. Zeynalabdin adına qəsəbə olur.
Sumqayıt sənaye şəhəridir. Müxtəlif zavod və fabriklər tikilib. Axir zamanlarda şəhərimiz çox böyüyüb və gözəlləşib. Yeni binalar, parklar, dəniz kənarı bulvar səhərə xüsusi gözəllik verib. Şəhər yarımadada yerləşir. Xəzər dənizinin sahilində yerləşən Sumqayıt şəhərinin gözəlliyi hər kəsi heyran edir.
Doğma şəhərim barəsində mənimçün bu da yeni bir məlumatdır. Reallıq odur ki, Xəzər dənizində son bir neçə yüz illiklərdə çəkilmələr artıb. Sonuncu şəkil 9cu mkr-a oxşadı 😉😂