Kaş ki...
Axşamınız xeyirli olsun. Kaş ki, belə olasaydı, kaş ki, bunu etməzdim, kaş ki, səbirli olsaydım, hər kəs bu sözləri həyatında işlədir.
photo
Gözəl bir kəlam var: " Əgər ilə məgər evləndi, kaş ki, adında övladları oldu" İnsanların çoxu edir, sonra düşünür. Elə bu zaman "kaş ki" meydana gəlir. "Kaş ki" olmadan yaşamaq mümkün deyil, deməli. Elə yaşamaq lazımdır ki, bu "kaş ki" həyatımızda az olsun. "Kaş ki" peşman olmaq, düşünmədən etmək anlamına gəlir.
photo
Ağılla iş görsək, ağılla hərəkət etsək, yüz ölçüb, bir biçsək, bu "kaşkilər" həyatımızda az olar. Hər kəsə "kaşkisiz" bir həyat arzulayıram.