Rəngarənglik | 14.01.2022 - Steemit

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Rəngarənglik istər rəngdə istərsədə beyinlərdə gözəl deyilmi sizcə? Hər şeyin bir birindən fərqli olması və eyniliyə bürünməməsi necədə göz oxşayır. Sırf qaradan, bozluqdan və manatonluqdan ibarət olmamaq nə gözəldir. Gəzdiyin küçələrdə rəngarənglik görmək nə gözəldir. Rəngli binalar və yollar nə gözəldir.

20220111_152100.jpg

Kaşki boz və manatonluqdan ibarət olan məlum şəhərə biraz rəng qatsalar. Binalara gənclər grafiti çəksələr. İnsanlar rəngə qarşı aqresiv olmasalar. Dünyada tək rəngin qara və boz olmadığını anlasalar nə gözəl olardı.

20220111_144959.jpg

Rəngarənglik hər bir həyat sevərin istədiyi bir nüansdır. Yalnız içi həyat sevgisi və həvəslə dolanlar rəngarəngliyin necə gözəl olduğunu bilə bilər. Kaşki eyniliklərdən insanlarımız artıq yorulsa və rəngbərəng olsalar.

20220111_122355.jpg

Rənglər xüsusi önəm dayışır. Yaşıl rəng insanda təbiətə qarşı həssaslığı artırır və söhbət ortamını dahada coşdurur. Sarı rəng sanki günəşi xatırlardır. Mavi rəng səmanı və s.

20220108_123523.jpg

Rəngli və fərqli olmaq necədə gözəldir. Rəngli və fərqli olan hərşey gözəldir. Manatonluq isə sıxıcı və yorucudur. Bir müddət manatonlaşan şeylər insanı sıxır və buna görədə rəngarəngliyə üstünlük vermək önəmlidir.

Rəngarəng qalaq əziz Steemitcilər. Hər zaman rəngarəng düşünək və nəyisə rəngarəng edək. Boz və qaradan uzaqlaşaq. Ruhumuz dincəlsin rəngarəngliklə.

Sort:  
 2 years ago 

Bir dəfə hansısa yazıçı demişdi ki, Bakı sovet tvlərində ilişib qalıb, ağ və qaradan ibarətdir.

Düzdür. Hələdə bu aktualdır. Razıyam sizlə👍

 2 years ago 

Steemitə yenidən başlamısız, davamlı olsun.

 2 years ago 

Çox rənglilik həyatına həqiqətən dəyər verənlərin işidi. Qara və boza üstünlük verənlərin əksəriyyəti sıxılmış olanlardı onsuzda. Rəngarəng olun steemitcilər 💎

Tamamilə razıyam. Hər zaman rəngli qalın🤗

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60061.12
ETH 3196.84
USDT 1.00
SBD 2.45