❤️Steemit Engagement Challenge Season3-Week3❤️ My Pets...Family of Cats...😍🐱(50% beneficiares for Steemit Azerbaijan)

SALAM aleykum STEEMIT COMMUNITY...🙋🏻‍♂️

Dəyərli və hörmətli Steemit Topluluğu. Axşamınız Sabahınız və gecəniz xeyirli olsun. Vaxt tapıb bu yarışmada iştirak etdiyim üçün çox şadam. Dəqiq bilmirəm vaxtı region zamanlaması ilə əlaqədər bu postu yazmağa gecikmişəm ya yox, amma məqsədimə uyğun olaraq postu yazmağı özümə borc bilirəm. Dostlar Steemitdə az bir müddətdə qazandığım nailiyyətlərə görə, aldığım dəstəyə görə başda Steemit Rəhbərliyi olmaqla bütün Steemitçi həmkarlarıma təşəkkürlər edirəm. Maraqlı postlar paylaşılır, maraqlı yarışmalar yaradılır. Bu da asan və xırda bir iş deyil. Bu mövzu da çox maraqlıdır. Balaca dostlarımızı da yad etməyimiz vacibdir. Axı insan varki, onlarla təsəlli tapır, insan da varki, bu "balaca dostlardan" psixoloji dəstək alır...Dostlar bəzi səbəblərdən ev heyvanın yoxdur. Amma "Heyvansevər Steemitçiyəm"...

IMG_20220807_220550.jpg

Deməli, bir gün qohumumuzgilə qonaq getmişdim. Orada maraqlı vəziyyət ilə qarşılaşdım. Qohumumuzun pişikləri var. Ata və Ana. Bunların da gözəl və sevimli körpələri var.Bircə Ata pişiyin adı yadımda qalıb. Çox qəribədir. Adı da Pito-dur.Olduqca çox yaraşıqlı və ağıllı pişikdir.Eləcə də xanımı və övladları...

IMG_20220807_172546.png

Aldığım məlumatlara görə Ata Britaniya cinsi olan pişik, Ana isə Şotlandiya cinsi olan pişikdir. Və bunlardan belə gözəl balalar dünyaya gəlib. Həm də bunlar xüsusi təlim də keçiblər. Lotok tərbiyəsi alıblar və sərbəst şəkildə yemək yeyirlər...

IMG-20220728-WA0083.jpg

Çox şirindirlər. Baxışları ilə adamı sakitləşdirirlər. Təsəvvür edək ki, canlı onlara toxunmaq, oynasaq necə də pozitiv enerji qəbul etmiş oluruq...

IMG-20220728-WA0085.jpg

Bir şeyə çox təəssüflənirəm ki, onlarla şəkil çəkdirə bilmədim. Adətən belə işlərdə dəqiq oluram. Maraqlı anlarda Steemit Topluluğunun tarixinə xatirə olaraq qeyd etmək üçün özüm də olmaqla maraqlı şəkillər çəkirəm. Bu dəfə sanki, sehrlənmişdim. MAŞALLAH belə gözəlliyi görüb ağlımı itirmişdim. Yalnız bu sevimliləri lentə ala bildim.

IMG-20220728-WA0092.jpg

Postun sonuna bu fotonu əlavə etməyin lap yerinə düşdü. Sanki, bizimlə sağollaşırmış kimi görüntü alınıb. Çox şirin və olduqca çox dəcəldirlər.😍🐱Dostlar buradaca postumu bitirmək istəyirəm. Hələlik bu qədər...

İngiliscəm zəif olduğu üçün ana dilimdə yazmağı qərar verdim.Ümid edirəm yarışın qaydalarını pozmamışam....

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram...

ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun AMİN İNŞƏƏALLAH 🤲

Sort:  
 2 years ago 

Los gatos son mascotas muy tiernas y mimosas, tener una familia gatuna es una predilección y además de que seguro de que todos los días vivirá experiencias con esos peludos.

Ellos nos dan su afecto y su compañía en cambio de neustros afectos y cuidados.
beneficio mutuo.
Saludos.

Banner Saludos y hasta pronto.jpg

Salam aleykum.🤝 Thanks for comment.Yes.They are so cute..

 2 years ago 

Best of luck.

Thanks Bro🙏🤝

 2 years ago 

Qué hermoso, me encanta tu mascota, es un gatico tierno y adorable.

Thanks My Friend. 🙏I'm so much glad to see Your comment. 😍They are my relative's pets..

Coin Marketplace

STEEM 0.15
TRX 0.12
JST 0.025
BTC 56204.99
ETH 2395.80
USDT 1.00
SBD 2.38