göyçay
Göyçay rayonu azərbaycan respublikasının mərkəzində, Böyük Qafqaz dağlarının ətəklərində, Şirvan düzünün şimal hissəsində yerləşir. Göyçay adı əsl türk mənşəli söz olub, adı sahilində yerləşdiyi eyni adlı çayının adından götürülmüşdür. Çayın suyu göy (mavi) rənginə çaldığına və həddindən artıq şəffaf olduğuna görə belə adlandırılmışdır. Bəzi tarixi mənbələrdə rayon əhalisinin əsasən, XV əsrdə türkiyədən köçmüş qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşdığı göstərilmişdir. XIX əsrin ortalarında 50-ci illərdə Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi də buraya köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. 1867-ci ilin dekabr ayında çar hökumətinin qafqazda apardığı inzibati islahatlar çərçivəsində Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. 1916-cı ildən qəza mərkəzi olan göyçay yaşayış məntəqəsi isə şəhər adlandırılmışdır. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir. şəhərin inkişafı da təxminən xx əsrin 30-cu illərindən başlamışdır. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km² sahəni əhatə edir. Rayon mərkəzi Göyçay şəhəri bakı-qazax magistral yolunun 216 kilometrliyində, ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. göyçay rayonu şimal şərqdən ismayıllı, cənubdan ucar və qərbdən ağdaş rayonu, cənub-şərqdən kürdəmir ilə həmsərhəddir. rayon iki geoloji rayona - dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya bozdağ qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür. rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum kimi çöküntülər 10-15 santimetr qalınlığında qat kimi örtür. Ərazi geoloji quruluşuna görə kaynazoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın iv dövrünə aiddir. rayon ərazisindən göyçay çayı və yuxarı şirvan kanalı keçir. rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. göyçay çayı dərəsinin və cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. həmçinin rayonun qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. rayonun bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Dağlıq hissəsində kolluqlar vardır. Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və ərəb xilafəti dövrünə aid "surxay" qalası, inçə və ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir.
Posted on Hede.io - Knowledge Sharing Dictionary
Read this entry or all entries about göyçay.
Source
Please be mindful of country-specific tags. These tags are for articles written in that countries language or about that country.
More information:
The Game of Tags
Göyçayda hər il nar bayramı keçirilir, ən gözəl yanı bu :)
Elədir qardaşım. Başqa ölkələrdən belə turist gəlir bu bayrama.
You got a 13.08% upvote from @oceanwhale With 35+ Bonus Upvotes courtesy of @eyupyusuf! Delegate us Steem Power & get 100%daily rewards Payout! 20 SP, 50, 75, 100, 150, 200, 300, 500,1000 or Fill in any amount of SP Earn 1.25 SBD Per 1000 SP | Discord server
Mən Göyçayda bir dəfə olmuşam, çinarları yadımda qalıb. Heç bir yerdə elə uca çinar görməmişəm.