You are viewing a single comment's thread from:

RE: RESİM YORUMLAMA YARIŞMASI 1 [@kusadasi (cointurk) Projesi]

in #cointurk6 years ago

Salam Dostlar. Bəlkə də mən bu yarışmanı qazana bilməyəcəyəm. Amma qardaş ölkə Azərbaycandan yazaraq Sizin qrupda aktiv olmağa çalışıram və bu yarışmada da fərqlilik olsun deyə Azərbaycan dilində bu rəsmi tərənnüm edəcəyəm. Qucaq dolusu salamlar.

  • Görselde neler görüyorsunuz?
    İsti bir yaz günü evin pəncərəsi açılmış xoş havanın verdiyi o xoşbəxtlik dolu gündə, insan həyatının ən dəyərli neməti olan uşağa ilkin duş aldırılır. Uşaq isə ilk dəfə duş alacak və o ufacık düşüncəsilə bunu anlamayaraq ağlamaqdadır. Həmən yanında oturan qadın onu sakitləşdirmək üçün mahnı oxuyur, əl çalır. Yaşlı nənə və baba uşağı seyr edir və nənə qəlyan çəkən babaya uşağın necə dadlı şirin bir bala olduğunu söyləyir. Yazın verdiyi xoş ətirli havanın isti sədaları altında toyuq yerdə özü üçün yem axtarıe yeyir. Pişik isə uşağın ağlamağından sanki məyus olmuş kimi seyr edir. Ləyənı tökülən su artıq uşağın çimməsi üçün hazır vəziyyətdədir. Həmişə də təmizlikdə !

  • Görselde anlatılan nedir?
    İsti bir gündə uşağın çimdirilməsi və ağlayan körpə uşağa mahnı oxuyub əl çalaraq onu güldürməyə çalışan Xoşbəxt bir Ailə!

  • Görselin verdiği mesaj nedir?
    Uşaq ailənin sevincidir!

  • Görseli gördüğünüzde ne hissediyorsunuz?
    Məni nostalji hisslərə yönəldir. Kənd həyatı isti yay günündə çimdirlən körpənin ağlaması və onu sakitləşdirmək üçün edilən hərəkətlər çox xoşbəxt anlardır.

  • Görselin verdiği mesaj ile ilgili kelimeler yazın ve bu kelimeleri kullanarak görselle ilgili bir paragraf yazın.

Xoşbəxtlik - Körpə uşaq sevinci- Ailə bağlılığı

Bir evdən uşaq səsinin gəlməsi çox xoşbəxtlikdir. İnsanı xoşbəxt edən ən gözəl nemətdir uşaq.

Körpə uşağın sevilməsi və yaşlı nənə baba tərəfindən göstərilən bu xoş təəssürat çox gözəldir.

Qadının uşağı ağlarkən dindirməsi, onu güldürmək üçün mahnı oxyub əl çalması, həmçinin yaşlı nənə babanın suyu ləyənə tökən adamın uşaq üçün etdikləri görünən bu xoş mənzərə ailə bağlılığının nümunəsidir.

Umarım Azərbaycan yaptığım yorum beğenilir. Rəsmi tərənnüm etməyə çalışdım. Təşəkkürlər

Coin Marketplace

STEEM 0.21
TRX 0.14
JST 0.030
BTC 69460.30
ETH 3372.77
USDT 1.00
SBD 2.74