Tozlu Dumanlı Hava - Ekoloji kirlilik


2016-cı ilin yanvarında çinlilər, tozlu-dumanlı hava ilə boğularaq nəfəs almaq üçün təmiz hava axtarmağa qaçdılar. Bu "qiyamət havası" 500 milyon insana təsir etdi. Böyük şəhərlərdə gündəlik həyat post-apokaliptik film səhnələrinə çevrildi: insanlar qaz maskaları ilə küçələri bürüyən tozlu dumanın içində gəzirdilər.

Bu mühit siniflərin fərqini göstərir: Tozanaq hava limanlarını ələ keçirməzdən əvvəl ancaq uçuş biletlərini ala bilənlər şəhərləri tərk edə bildi. Rəsmi Pekin iqtidarın günahının olmadığını göstərmək üçün hadisələri sənaye çirkliliyi nəticəsində yaranmış bir şey kimi deyil, meteoroloji fəlakət kimi sinifləndirmişdi. Müharibələrdən, quraqlıqlardan, tsunamilərdən, zəlzələlərdən və iqtisadi böhranlardan qaçan insanlara yeni bir kateqoriya əlavə edilmişdir: "Tozanaq qaçqınları".

Özümüzü aldatmayaq. Çinin tozlu dumanlı hava apokaliptik havası, fəlakətçilik və alışqanlığın qəribə qarışığı iqtidarın ekoloji münasibətini əks etdirir. Bu gün "ekologiya" ekoloji təhlükəni yaradan fəsadları, əsl səbəbkarları təmizə çıxarmaq üçün strateji olaraq səpələnmiş mühüm bir ideoloji döyüş meydanına çevrilmişdir:

Sizcə buna əsas səbəblər nədir?

1 - Şərtsiz cəhalət: Bu marjinal bir hadisədir və çox diqqətə ehtiyac yoxdur. Həyat davam edir və məsuliyyət təbiətdədir;

2 - Elm və texnologiya bizi qurtaracaq;

3 - Bazar problemləri özü həll edəcək (ətraf mühiti çirklədənləri vergiyə cəlb etmək, cərimələr, plastik torbaların pullu satışı);

4 - Böyük sistemli tədbirlər yerinə fərdi məsuliyyət tələb etmək;

5 - Ən pisi isə budur ki, təbii tarazlığa, daha təvazökar və ənənəvi bir həyat tərzinə dönmək çağırışı ilə "ana təbiətə" hörmət edəcəyimiz, insan kibirliliklərini ləğv edəcəyimiz bir uşaq olmağımız tələb olunur.

İqtidarın ekoloji diskursu budur - sanki biz "Yer ana"ya borcluyuq. O, bizi ekolojik super eqo təzyiqi ilə sorğu-suala çəkir : "Bu gün Ana Təbiət üçün nə etdin? İstifadə edilmiş kağızları yenidən istehsal üçün zibil qutularına atmısan? Şüşə, içki qutuları? Velosipedlə və ya ictimai nəqliyyat vasitəsi ilə getmək yerinə niyə avtomobilini istifadə etmisən? Pəncərələri açmaq yerinə kondisionerdən istifadə etdin?"

Belə fərdiləşdirmənin ideoloji məqsədi aydındır:


Mən öz-özümlə vicdani haqq-hesab edəcəyəm, bunu edəndə isə bütün sənaye sisteminə sual verməyi unudacağam. Günah məndədir, hər şeyi mən edirəm. Bu problemin də asan həlli var: bərpa olunan məhsullar, orqanik yemək, alternativ enerji mənbələrindən istifadə və s. Vicdanımız rahatdır, yolumuza davam edirik.

Bəs nə etməli? Birlikdə mübarizə aparmalıyıq. Tək məqsədin pul qazanmaq olduğu bu dövrdə ekoloji zərərlər istehsal xərcində hesablanmır və nəzərə alınmır.

Bu gün bu sözlərin müəllifi, dəyərli filosof Slavoy Jijekin 70 yaşı tamam olur. Özü ilə 4 il əvvəl İstanbulda tanış olmuş, kitabını imzalatmışdım.

(c) Cavid Ağa



Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/tozlu-dumanli-hava-ekoloji-kirlilik/
Sort:  

Congratulations @vasifalibeyli ! You received upvote from @kryptoniabot & @kryptonia for your task of 51.5 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.18
TRX 0.17
JST 0.032
BTC 63701.73
ETH 2723.12
USDT 1.00
SBD 2.56