Yaşıl çəkməli adam.

in #az6 years ago (edited)

Alpinistlər bizim üçün sadəcə öz maraqlarını təmin etməyə görə yüksəkiliyə dırmaşan insanlardır. Amma aıpinistlər haqda bilmədiyimiz çox şeylər var.
Əvvəlcə alpinzim haqda bildiyim bir necə maraqlı məlumatı yada salmaq istəyirəm.
Ən gənc alpinist Cordan Romero olub, o, 2010-cu ildə Everestə çıxanda 13 yaşı var idi.

72819c87b0dbb3da4dfd21f89aba1b11.jpg
https://goo.gl/images/8YHUAV

Evererest dağının ətəklərində 200-ə qədər alpinist cəsədi var. Onları dəfn etmək çox çətin və bahalı bir prosesdir, ona görə də nadir hallarda cəsədlər dəfn olunur. Bu cəsədlərin bəziləri hətta alpinistlər üçün istiqamət nişanına çevrilib. Bunlardan ən məşhuru " yaşıl çəkməli " adlandırılan alpinist cəsədidir.
5b44845e24e9102bb17d880158845bcb.jpg

https://goo.gl/images/Q7tSQt
2015-ci ildə "Everest " filmi çəkildi. Filmdə 1996-cı ildə baş vermiş fəlakət təsvir olunurdu. 2014cü ildə Nepalda çəkilişlər zamanı qar uçqunu baş verdi və 15 insan həlak oldu.
"Everest " filminə təəssüf ki hələ baxmamışam, yaxın günlərdə baxacam yəqin. Və ümid edirəm ki, bu filmə baxdıqdan sonra alpinistləri daha yaxşı anlaya bilərəm.
cca22313fd05edfbfa1151e7ec8ca7bc.jpg

https://goo.gl/images/K3G1N5

Alpinizmin yaranması da maraqlıdır, 15-16-cı əsrlərdə ink qəbilələri insan qurban etmək məqsədi ilə And dağlarına çıxıblar və beləcə alpinizm yaranıb.
Bəzən düşünürəm ki, görəsən alpinist yüksəkliyə qalxarkən hansı hissləri yaşayır? Yəqin ki, bu çox zövqvericidir. Sonra xatırlayıram ki, mən adi dağlara çıxmağı çox sevirəm. Uşaqlığım dağlarda keçib və yaz gələn kimi uşaqlarla dağlara gəzməyə, piknikə getmişik. Dağ sevgisi məndə indi də var - yayda Naxçıvan dağları məni valeh etdi, bu gördüyüm ən gözəl dağlar idi.

Və xatırladım ki, indi də, uşaqkən də adi bir dağa çıxmaq, sonra ordan geriyə boylanmaq çox xoşuma gəlib. Dağa çıxdıqca insan özünü daha güclü hiss edir, sanki dağdan güc alırsan.
Əgər mən adi bir dağa çıxarkən belə hisslər yaşamışamsa, alpinistlərin Everest, Monblan, Kilimancaro dağlarına çıxarkən yaşadıqları hissləri təsəvvür edirəm. Bu möhtəşəm zövqə görə bəlkə də həyatla risk etməyə dəyər.

Sort:  

Merhaba @taranaq19,

Yazınız @trdaily tarafından otomatik olarak seçildi. Ve @trdaily curation trail'i takip eden
diğer üyelerden de oy aldı.

@trdaily, türkçe etikete sahip içerikleri belirli filtrelerden geçirip rastgele olarak oylayan bir bottur.

Arzu ederseniz @trdaily curation trail'e bu adresten katılabilirsiniz.

Yine görüşmek üzere! :)

Teşekkür ederim.

Ben filmi izlemişti.Üzücü bir hikayesi var.Dağcılık zor ve tehlikeli..

Dağcılık zor-doğru. Ama insan istediği her bir şeyi yapmalı-tehlikeli olsa bile.

Çok güzel bir içerik olmuş ellerinize sağlık :) ben de size kendi yaptığım spor olan mağaracılık hakkında bir film tavsiyesi yapayım belki ilginizi çeker :)

https://www.imdb.com/title/tt0881320/

İzledim, heyecanlı bir filme benziyor. Teşekkür ederim.

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 62934.09
ETH 3118.65
USDT 1.00
SBD 3.85