Sehirli dağ.
Duz həyatda vacib qidalardan biridir. Duzsuz yeməyin dadı olmaz, hətta şirniyyata da bir çimdik duz səpmək lazımdır.
Bəzən məcazi mənada belə ifadələr də işlənir."Duzsuz adam", " Şit zarafat" və.s.
Duzla üzü və saçları yumaq faydalıdır. Ağrıyan ayaqları duzla suya qoymaq da həmçinin.
Yəni duzdan yalnız mətbəxdə deyil, həyatımızın bir çox anlarında faydalanırıq.
Bir neçə il əvvəl mən Naxçıvanda yerləşən Duzdağ haqda eşitdim. Bu dağ müalicəvi əhəmiyyətə malikdir. Allergiiya və astma xəstələri bit neçə il bura gələrsə vəziyyətləri yaxşılaşa bilir.
Mənim də nəfəs alma problemim olduğu üçün bu il Duzdağa gəlməyi qərara aldım.
Bu dağ əvvələr adi bir dağ imiş. Sonra bir təsadüf nəticəsində dağın müalicəvi əhəmiyyəti aydın olub və insanlar buraya axın etməyə başlayıblar.
Dağın içi oyulub və iri bir yaşayış yeri yaradılıb. Burada xeyli sayda otaqlar var. Divarlar, döşəmə, tavan, bir sözlə hər yer duzdandır. Dağın içinə daxil olan kimi duzun qoxusu hiss olunur. İlk dəqiqələrdə insan bir az qorxu və narahatlıq hiss edir. Sonra bura elə öyrəşirsən ki, ayrılıb getmək istəmirsən.
Duzdağın içində nəfəs alarkən ciyərlər sanki bayram edir.
Dünyanın bir çox yerindən insanlar bura müalicəyə gəlir. Rusiyadan, İrandan, Türkiyədən, Orta Asiyadan. Gələnlər arasında uşaqlar daha çoxdur. Çünki son illərdə uşaqlar arasında allergik xəstəliklər daha çox yayılıb.
Duzdağa ilin bütün fəsillərində gələnlər var. İnsanlar bura ardıcıl olaraq 3,4,5 il gəlirlər. Hər kəs Duzdağın onlara xeyir verdiyini, xəstəliyinin yüngülləşdiyini deyir.
İnanıram ki, bu möcüzəli dağ heç kimdən öz sehrini əsirgəməyəcək və bütün dünya Duzdağın varlığı haqda eşidib Naxçıvana üz tutacaq.
çox gözəl bir məlumat, təşəkkürlər.
Təşəkkür edirəm.
NaxçıvanŞəfa ünvanıdı bi çox şəfa və səfal yerləri var.
Badamlı və Sirab suyu da Naxçıvandadır.
Tuz lambalari kullaniyoruz bizde alerji için.Tuz dağı cok guzel.hic bilmiyordum. Tuz negatif enerjiyi dağitir gercekten.Orada olmak isterdim doğrusu.:)
Nahçivan Türkiyeye çok yakın. Buraya türkler de gelir tedavi için. Hatta allerjisi olmayanlar bile gele bilir buraya, kışın girib hastalığı az oluyor.
Cok guzel gidip gormek isterdim. Bende tuz lambasi kullanıyorum faydali mi degil mi bilmiyorum ama yinede kullanıyorum :))
Duz lambası da faydalı, kullanın. Duzdağdan insanlar iri parçalar koparıb evlerine götürüyor, onunla da kendilerini tedavi ediyorlar.