"Qadınların kitabı"
"Rabindranat Taqor ailənin 13-cü uşağı olub. Deyilənə görə ondan əvvəl doğulan 12 bacı-qardaşları hamısı səfeh imiş. Əgər Rabindranatın valideynləri 12-ci uşaqda dayansaydılar, biz dünanın ən dahi şairi və yazıçısını itirmiş olardıq."
Bu sözləri Oşonun "Qadınların kitabı" 'əsərində oxudum. Kitabda bir-birindən maraqlı hadisələr, faktlar var. Amma əsas məqsəd qadının potensialı, gücü və onun kişidən fərqli və üstün cəhətləri haqqındadır. Oşonun "kişilərin kitabı" əsəri də var. Onu da tapsam oxuyacam.
Bu kitabı ikinci dəfədir oxuyuram, məncə kitab hər bir qadının stolunun üzərində olmalıdır. Yadımdadır, ilk dəfə oxuyanda sanki yuxudan oyandım, anlamadığım və ya beynimin şüuraltı qatında gizlənib qalmış gizli məqamları kəşf etdim. Və mənə həyatımda bəzi dəyişiklikıər etməyə, daha cəsarətli olmağa yardım etdi bu kitab. Ən çox xoşuma gələn və mənə lazım olan fikirlərin altından xətt çəkmişəm, bəzən kitabı götürüb yalnız o sözləri oxuyuram.
Yalnız qadınlar deyil, kişilər də bu kitabı oxumalıdır. Bilirəm, kişilərin çoxu bu kitabı sevməyəcək, çünki müəllif bəzən qadını kişidən üstün tutur. Yalnız buna görə deyil, başqa səbəblərə görə də kişilərin bu kitabı sevməyəcəkıərini düşünürəm. Maraqlıdır, görəsən" Kişilərin kitabında" nədən bəhs olunur? O kitabı da tezliklə oxumaq istərdim.
Rabindranatın valideyinleri Azərbaycanli olub deyesen 😃 13 usaq maşallah 😀😀😀
Hindistanda da belə adət olub.
Bunu bilmirdim