Mənim son hobbim.

in #az6 years ago

Həmişə müxtəlif hobbilərim olub. Son dəfə üç ay əvvəl dərziliyi öyrənmək qərarına gəldim. Şəhərimizdəki dərzilik kurslarından birinə yazıldım. Kursa bir ay getdikdən sonra başa düşdüm ki, kursda istədiyimi öyrənə bilməyəcəyəm. Çünki kursdakı müəllimə bizə yalnız həndəsə dərsindəki kimi çertyoj çəkdirirdi. Odur ki, kursdan çıxdım.

20180429_154720.jpg
Proffesional bir dərzinin yanına gedib ondan öyrənməyə başladım. Həftədə iki dəfə onun yanına gedirəm və bir neçə saat məşğul oluruq.
Dərziliyə həvəsim həmişə olub, keçən qış anam mənə paltartikən maşın hədiyyə etdi. Bundan sonra düşündüm ki, tikməyi öyrənməliyəm.

20180429_153046.jpg
Dərslərə başlayanda bəzi şeylər almalı oldum. Rəngli saplar, düymələr, parçalar və.s. Amma tikmək çox maraqlıdır və məni gündən günə daha çox cəlb edir.

20180429_153242.jpg
Bunun bir neçə səbəbi var. Birincisi odur ki, mən gözəl geyinməyi sevirəm. Tikməyi öyrənəndən sonra özümə fərqli geyimlər tikəcəm. Beləliklə də geyimə qənaət edə və fərqli görünə bilərəm.
Tikmək insana səbirli olmağı öyrədir, əsəbləri sakitləşdirir. Öz tikdiyin geyimi geyinəndə inanılmaz zövq alırsan və özünə güvənin artır.
Bəzən aldığımız bir geyim əynimizə kiçik ya da böyük olur. Dərzilikdən bir az başı çıxan qadın istənilən paltarı ölçüsünə görə dəyişə bilər.

20180429_180144.jpg
Mən özümə müxtəlif paltarlar tikirəm, düzdü hamısı hələ əla alınmasa da bəziləri heç də pis deyil. Paltarların hamısı tam hazır olmadığına görə şəkillərini çəkmədim. Bu haqda daha bir yazı yazıb şəkillərlə paylaşaram.
Tam olmasa da nəyisə bir az öyrənmək insana nə vaxtsa lazım ola bilər. Ona görə də vaxt olduqca bacardığımız qədər nələrisə öyrənək.

Sort:  

Dikiş dikmek çok zevklıdır bende zamanında bazı denemeler yaptım ve ortaya bir urun cıkarmak cok guzel oluyor. diktiklerinizınde postunu görmek isterim .

Çok zevklidir, hele kimsede olmayan, yalnız sana ait olan kendi koleksiyonunu yaratmak ve farklı görünmek gibi yanlarını düşününce daha zevkli olur:)
Diktiklerimi de yakın zamanlarda görüceksiniz.

Merhaba ben @osmania, @kusadasi ve @try-market küratörü olarak #tr ve #cointurk etiketlerindeki kaliteli yazıları inceliyorum. Sonrasında bu yazılar @kusadasi ve @try-market tarafından upvote ediliyor. @kusadasi ve @try-market #tr etiketinin daha yukarılara çıkması için çok büyük bir çaba içerisindedir. Tabii ki bu ilerleyişin kaliteli yazılarla olması yönünde çaba harcıyoruz.Paylaşımlarınıza 'cointurk' etiketini ekleyerek @kusadasi ve @try-market tarafından desteklenmesini sağlayabilirsiniz. Ayrıca, sürekli olarak @kusadasi tarafından düzenlenen projeler ve discord kanalımızda anlık yarışmalar mevcuttur.
Katılmak isterseniz discord kanalımıza buradan ulaşabilirsiniz.

Təşəkkür edirəm.

Uğurlarınız bol olsun, yaxın zamanda Azərbaycanın ən məhşur dərzisi olmak ümidi ilə :)

Çox sağ olun:) Əslində sadəcə özüm üçün tikmək istəyirəm. Amma ehtiyac olsa bəlkə dərzi və ya modelyer də ola bilərəm.

Uğurlar olsun

Təşəkkür.

Iyi şanslar 😊

Çox sağ ol.

Uğurların bol olsun

Təşəkkür edirəm.

Coin Marketplace

STEEM 0.31
TRX 0.11
JST 0.031
BTC 67916.87
ETH 3819.97
USDT 1.00
SBD 3.67